Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

699732
Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk  xəbərimiz Türkiyә ilә bağlıdır.

Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan Türkiyә ilә Türkmәnistan arasındakı  diplomatik münasibәtlәrin  yaradılmasının 25-ci ildönümü münasibәtilә Türkmәnistan prezidenti Qurbanqulu Berdimәhәmmәdova mәktub ünvanlayıb.

Dövlәt başçısı mәktubunda siyasi iradә vә qәtiyyәtlә dәrinlәşdirilən ikitәrәfli  vә çoxtәrәfli  әmәkdaşlığın  bundan 25 il sonra da güclәnәrәk davam edәcәyinә  inandığını ifadə edib. "Regionda  sabitliyin davam etmәsi üçün  birlikdә çalışmağımız əvvəllər olduğu kimi bu gün dә böyük әhәmiyyәt daşıyır’’ deyə R.T. Ərdoğan bildirib. 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu da Türkiyә ilә Türkmәnistan arasındakı  diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibәtilә türkmәnistanlı hәmkarı Rәşid Meredova mәktub ünvanlayıb.

Hәmkarı Meredov vә Türkmәnistan xalqına әn  xoş arzularını çatdıran Mövlud Çavuşoğlu  regional sabitliyin  davam etmәsi üçün birgә  səylərin әhәmiyyәtinә diqqәt çәkib vә ikitәrәfli münasibәtlәrin güclәnәrәk davam edәcәyinә inamını vurğulayıb. Türkmәnistan 1992-ci ildә öz müstәqilliyini bәrpa edәndәn sonra  1992-ci il  dekabrın 16-da onu tanıyan  ilk dövlәt Türkiyә olub.

1992-ci il  fevral ayının 29-da isə Türkiyә-Türkmәnistan diplomatik әlaqәlәri yaradılıb.

Elə hәmin vaxtdan Türkiyәnin Türkmәnistanda diplomatik missiyası fәaliyyәtә başlayıb.

Hörmətli oxuçularımız  növbәti xәbәrimiz Özbәkistanla bağlıdır.

Özbәkistan 2017-ci il proqramı çәrçivәsindә  xarici investorların  ölkәyә 4 milyard  505 milyon dollar sәrmayә yatırmasını hәdәflәyir.  

Bu barәdә Özbәkistan Nazirlәr Kabinetindәn verilәn açıqlamada bildirilib.

Açılamada hökumət zəmanəti vә  xarici investorların dәstәyi ilә  bu il 79 layihənin hәyata keçirilmәsi üçün  1 milyard 854 milyon dollar sәrmayәnin yatırılmasının  planlaşdırıldığı bildirilib.

Açıqlamada hәmçinin daha 120 layihənin birbaşa xarici investorlar tәrәfindәn hәyata keçirilәcәyi də qeyd olunub.

Xarici investisiyaların  әn çox enerji sektoruna yatırılmasının nәzәrdә tutulduğu  bildirilib.

Bu il Özbəkistana ən çox investisiya yatıracaq ölkәrәr arasında ilk sırada Rusiya dayanır.

Rus kapitalının əhəmiyyətli hissəsinin enerji sektorunda istifadə edilmәsi gözlәnilir.

Rusiyanın Lukoil şirkәtinin  2017-ci ildә Özbәkistana 1 milyard 217 milyon dollar, "Qazprom"un isә 1.3 milyard dollar sәrmayә yatırması proqnozlaşdırılır. 

Özbəkistan hökuməti 2017-2021-ci illərdə Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi beynəlxalq maliyyə təşkilatlarından ümumilikdə 7,7 milyard dollar kredit almağı hədəfləyir.

Hörmətli oxuçularımız  sıradakı xәbәrimiz  Qazaxıstanla bağlıdır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin  Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Mәrkәzi İsveçrәdә yerlәşәn Bazel Elmi-Araşdırma İnstitutunun ofisinin direktoru Alin Vare Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

Nobel Komitəsinə etdiyi müricət ərizəsində Nazarbayevin 22 ildə anti-nüvə sahəsində önəmli fəaliyyətlərinin olduğunu bildirən A.Vare sosial media vasitəsilə Nazarbayevin nüvə silahı olmadan sülh içərisində bir dünya yaratmaq prosesində  önəmli təşəbbüslər qaldırmaqda davam etdiyini  vurğulayıb.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu mükafata namizədliyi 2011-ci ildə də müxtəlif təşkilatlar tərəfindən irəli sürülmüşdü. 

Hörmətli oxuçularımız  sonuncu xәbәrimiz  Azәrbaycanla bağlıdır.

Paytaxt Bakıda  1926-cı ildә  həyata keçirilən I Türkoloji Qurultayının 90 illiyinә hәsr olunan  "Türkologiya elmi- mədəni hərəkatda ortaq dəyərlər" mövzusunda konfrans keçirilib.

Türkoloqlar  90 il sonra Azərbaycan Milli Elmlər Akademiyasının  İdarə Heyətinin yerləşdiyi binada bir araya gәlib.

Konfransın rәsmi açılışında çıxış edәn Türk Dil Qurumunun  sədri Prof. Dr. Mustafa Kaçalin Birinci Türkoloji Qurultayın türk dünyasının tarixi elmi-mədəni əlaqələrinin qorunub saxlanmasındakı  əhəmiyyətindən danışıb.

Ömrünü Türkçülük elminə hәsr etmiş  alimlәrlə  keçirilәn  Qurultaya 131 nümayəndənin qatıldığını  və 17 iclasın  keçirildiyini xatırladan Kaçalin, həmin elm adamlarının әksәriyyәtinin sonralar  Sovet rəhbərliyi tәrәfindәn  işgəncə və sürgünlərə məruz qaldığını qeyd edib.

Konfransda çıxış edənlər Birinci Türkoloji Qurultayın humanitar xarakter daşıdığını, latın əlifbasına keçid kimi vacib məsələnin müzakirə olunduğunu söyləyiblәr.

Professor .Dr. Əhməd Bican Ercilasun  çıxışı zamanı 90 il əvvəl baş tutan qurultayın keçirildiyi binada toplaşdıqlarından məmnunluq duyduğunu söyləyib.

90 il əvvəl Türk dünyasının sosial elmlərinin bu binada müzakirə edildiyini bildirən Ercilasun Türkdilli ölkələrin ilk olaraq elmә dәyәr vermәlәrinin vacibliyini vurğulayıb.

Qeyd edәk ki, 1926-cı il fevralın 26-da keçirilәn 1-ci Bakı Türkoloji Qurultayında Türk dünyasında ortaq əlifba, ədəbi dil və terminologiya məsələləri müzakirə edilmişdi. Qurultayda Türkiyəni  Prof. Dr. Fuad Köprülü və Əli Bəy Hüseynzadə təmsil etmişdi.



Әlaqәli Xәbәrlәr