Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

677941
Türk Dünyasından Xәbәrlәr

Proqramımızın ilk xəbəri  Türkmәnistanla bağlıdır.

Türkmənistanda fevralın 12-də keçirilmiş prezident seçkisinin nəticələri açıqlanıb.

Türkmənistan Seçki və Referendum Heyətinin sədri Gulmurat Muradov  seçkilərin nəticələrini elan edib.

Nәticәlәrә әsasәn mövcud dövlәt başçısı Gurbanqulu  Berdiməhəmmədov sәslәrin 97.69 %-ni toplayaraq yenidәn prezident seçilib.

1997-ci ildə Türkmənistanın Səhiyyə naziri  vәzifәsinә tәyin olunan  Türkmən lider 2007-ci ildə keçirilәn prezident seçkilәrindә sәslәrin 89.23 %-ni , 2012-ci ildә isә  97.4  %-ni toplayaraq  prezident seçilmişdi.

Qeyd edәk ki,  59 yaşlı Qurbanguli Berdiməhəmmədov 7 il müddətində vəzifəsini icra edəcək.

Türkiyәnin dövlәt başçısı  R.T.Әrdogan, Azərbaycan prezidenti İlham Əliyev, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev sәslәrin әksәriyyәtini toplayaraq  3-cü dәfә Türkmənistanın prezidenti  seçilәn Qurbanqulu Berdimuhammedovu  təbrik ediblәr.

Hörmətli oxuçularımız  ikinci xəbərimiz Azәrbaycanla bağlıdır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü və Azərbaycanın  millət vəkili Qənirə Paşayeva  Azәrbaycanın  hər zaman Türkiyənin yanında olduğunu deyib.

Qənirə Paşayeva Anadolu Agentliyinә  verdiyi açıqlamada Azərbaycan - Türkiyə münasibətləri və regiondakı prosesləri qiymətləndirib.

Fәtullahçı Terror Təşkilatının (FETÖ) 15 İyulda hәyata keçirdiyi uğursuz  dövlət çevrilişi cəhdindәn  dərhal sonra Azərbaycan prezidenti İlham Əliyevin bəyanat verdiyini xatırladan Q.Paşayeva: "O  qorxunc gecə prezidentimiz cənab  İlham Əliyev bu məsələ ilә әlaqәdar  dəqiq münasibәtini bildirmişdi. Prezidentimiz  ‘‘Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə güclənərsə  Azərbaycan da güclənәr’’ - demişdi. Mən də hər zaman bunu deyirəm Türkiyənin barmağına atılan daş bizim başımıza dəyər’’ deyib.

Bəzi xarici güclərin zəif  Türkiyə görmәk  istədiklərini, bunu bacarmadıqları üçün Türkiyəni hədəf aldıqlarını dilə gətirən Paşayeva: "Təəssüf ki, bu günlərdə Türkiyənin güclənməsini istəməyən, Türkiyəni zəiflətməyə çalışan bir sıra xarici qüvvələr Türkiyənin dirçəlib böyüməsi yerinə bölünüb parçalanmasını arzu edirlər. Avropa və Amerikada yerləşən bu xarici güclәrin 90 faizi  Türkiyənin güclənməsini istəmir çünki  idarә etmәk arzusunda olduqları Türkiyə görmәk  istəyirlər’’ deyib.

Qәnirә  Paşayeva  xarici güclərin Türkiyəni hədəfə aldığı  bir dövrdə İslam dünyası da öz mövqeyini  nümayiş etdirmәlidir deyәrәk: Bunu çox açıq bir şəkildə getdiyim hər yerdə deyirəm. Türkiyə parçalansa, İslam dünyası da bölünәr. Türkiyənin gücü İslam dünyasının da gücüdür. İslam dünyasındakı ölkələr də artıq bunu anlamaq və ona görə bu xarici qüvvələrə qarşı mövqeyini nümayiş etdirmәk, Türkiyəni qorumaq məcburiyyətindədir". deyib.

Hörmətli oxuçularımız  üçüncü  xəbərimiz Özbəkistanla bağlıdır.

İmam Tirmizi  Tәdqiqat Mərkəzi yaradılır. Özbəkistan  böyük alim  İmam Tirmizinin  adını әbәdilәşdirir.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev İmam Tirmizi adına  tәdqiqat  mərkəzi yaradılması ilә bağlı sәrәncam verib.

Özbəkistanın Termez şəhərində İslam dünyasının böyük alim və mütəfəkkiri İmam Tirmizinin  adını yaşadacaq mərkəz yaradılır.

Mәlumata görә, mərkəzdə  Tirmizinin əsərləri araşdırılacaq.

Tədqiqat mərkəzinin məqsədi  İslam dünyasında İmam Buxaridәn sonra gələn Tirmizi  irsini üzә çıxarmaqdır.

Bu çәrçivәdә  seminarlar, simpoziumlar və konfranslar keçiriləcək.

Hörmətli oxuçularımız  sonuncu xәbәrimiz  Tatatrıstanla bağlıdır.

Türkiyәli turistlәrin viza rejiminә baxmayaraq, Tatarıstana olan marağı hәr ötәn gün artmaqdadır.

Tatarıstanda keçirilən Turizm Forumunda çıxış edən Tatarıstan Turizm Dövlət Komitəsinin sədr müavini Artur  Abdraşitovun  sözlərinə әsasәn,  Tatarıstana Türkiyədən hər il təxminən on min turist gәlir.

Tatarıstan Turizm Dövlət Komitəsinin rәsmisi:  "Türkiyәdәn Tatarıstana sәyahәt edәn  turist sayında artım müşayidә olunub’’ deyib.

 Abdraşitov  Türkiyədən gələnlərin yalnız  turist kimi deyil, eyni zamanda, iş görüşmələri üçün də gəldiyini bildirib.

Türk iş adamlarının Tatarıstana investisiya yatırdıqlarını vә turizm sektoruna da sәrmayyә qoyduqlarını bildirib.

Toplantıda Türkiyənin Moskvadakı səfirliyinin Mədəniyyət və Turizm attaşesi Alper Özkan da iştirak edib.

 İclasda çıxış edən Özkan  turistlərin təkcə Rusiyadan Türkiyəyə deyil, Türkiyədən Rusiyaya da hәvәslә  gəldiyini və son zamanlarda  iki ölkə arasındakı münasibətlərin  hökumətlərarası sәviyyәdә  də normallaşdığını deyib.



Әlaqәli Xәbәrlәr