Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

676358
Türk Dünyasından Xәbәrlәr

Proqramımızın ilk xəbəri  Azәrbaycanla bağlıdır.

Avropa İttifaqı ilə  Azərbaycan 28 illik Tərəfdaşlıq və Əməkdaşlıq sazişinin yenilənməsi məqsədilə danışıqlara başlamaq barədə razılığa gəlib.

 Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə keçirdiyi görüşləri çərçivəsində Avropa İttifaqı  Şurasının  sədri Donald Tusk ilə görüşüb. Təxminən 2 saat davam edən görüşdәn sonra tәrәflәr jurnalistlərə açıqlama verib.

 Aİ  Şurasının  sədri Donald Tusk görüşün çox sәmimi keçdiyini söyləyərək deyib ki,  " Azərbaycan Aİ üçün  müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimiz əhəmiyyətli tәrәfdaşdır’’.

 Azərbaycanla enerji sahәsindә  strateji tərəfdaşlıq etmək istədiklərini qeyd edən Tusk Avropanın enerji təhlükəsizliyi və enerji axınının müxtəlifliyi baxımından Azərbaycanı əhəmiyyətli ölkә hesab edərək bildirib ki, Cənub Qaz Dəhlizi məsələsində hər iki tərəfin birgə öhdəliyi var və bu,  tərəflər üçün  prioritetdir.

Donald  Tusk  Azərbaycanın mədəniyyətlər arasında körpü rolunu oynadığını və bu vəziyyətin bölgədəki problemlərin həlli istiqamətində əhəmiyyət daşıdığını söyləyib.

Ermənistanın  işğalı altındakı Dağlıq  Qarabağ  mәsәlәsini dә müzakirә etdiklәrini vurğulayan Tusk:  "Mövcud vəziyyət qəbuledilməzdir. Problemin hərbi həlli yoxdur. Beynəlxalq qanunlar çərçivəsində razılaşmağa ehtiyac var" deyə bildirib.  

Hörmətli oxuçularımız  ikinci xəbərimiz   Özbәkistanla bağlıdır.

 Özbəkistanın Ankaradakı səfiri Ulfat Kadırov  ankaralı iş adamlarına Özbәkistana  sərmayə yatırmaları ilә әlaqәdar çağırış edib. "Heç bir investor pulunu Özbəkistan torpaqlarında itirməz"  deyә səfir bildirib.

 Ankara Ticarət Palatasından verilәn  açıqlamaya görə, U. Kadırov  Ankara Ticarət Palatasının  sədr müavini Mustafa Dəryal ilə görüşüb. 

Görüş zamanı Kadırov  Özbəkistanda 80-dәn çox  Türk şirkətinin fəaliyyət göstərdiyini, ölkəsində Türk iş adamlarına qarşı  hər zaman xoş münasibət göstərildiyini və Türkiyənin Özbəkistan  üçün nümunә mövqeyində olduğunu deyib.

 U.Kadırov  Özbəkistanın xüsusilə tekstil, qida,  kənd təsərrüfatı və turizm sektorunda fəaliyyət göstərən investorlara ehtiyacı olduğunu önə çəkərək "heç bir xarici investor pulunu Özbəkistan torpaqlarında  itirməz’’ deyib.

Ankara Ticarət Palatasının   sədr müavini Mustafa Deryal da Kadırovla baş tutan görüşdәn mәmnunluq duyduğunu ifadә edәrәk  Özbəkistanı "qardaş ölkə" kimi gördüklərini vurğulayıb.

Deryal hәmçinin  iki ölkə arasındakı qardaşlıq münasibətinin ticarətdə də əks olunmasının vacibliyini ifadə edib. 

Hörmətli oxuçularımız  üçüncü  xəbərimiz  Qazaxıstanla bağlıdır.
Çimkent şəhərində Qazaxıstan- Türkiyə Biznes və İnvestisiya Forumu keçirilib.

Forumda çıxış edən Qazaxıstanın Ankaradakı  sabiq sәfiri Janseyid Tüymebayev türkiyәli iş adamlarına Qazaxıstana investisiya yatırmaları ilә әlaqәdar çağırış edib. "Qazaxıstan  Avrasiya İqtisadi Birliyin üzvü olduğu üçün 200 milyon əhalisi olan  bazara çıxış imkanı verir. Bu imkanları istifadə etmələri üçün Türk iş adamlarını dəvət edirik" deyə bildirib.

O, cənubi Qazaxıstanda 3 il əvvəl açılan Qazaxıstan –Türkiyә  sənaye bölgəsində hazırda 8 layihənin davam etdirildiyini bildirib.

Janseyit Tüymebayev   Forum çərçivəsində  Türk mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Türkiyә İqtisadiyyat Nazirliyinin  rәsmisi Tarıq Sönməz isə qlobal ticarətdəki zəifləmənin və geosiyasi gərginliklərin bütün ölkələrә tәhsir göstәrdiyini, lakin böhranları mümkün olduğu qədər fürsətə çevirərək ölkələr arasındakı münasibətləri  daha yüksək sәviyyәlәrә qaldırmağı qarşılarına mәqsәd  qoyduqlarını söyləyib.

Türkiyə ilə Qazaxıstan arasında 2012-ci ildə 4,5 milyard dollara çatan ticarət dövriyyəsinin  qlobal böhrandan dolayı 2016-ci ildə 2 milyard dollar səviyyəsinə endiyini  bildirәn  nazrirlik rəsmisi T. Sönməz  Türkiyədən Qazaxıstana tekstil, elektrik, maşın və dəmir  məhsullarının ixrac edildiyini,  Türkiyənin isə Qazaxıstandan neft və mədən məhsulları idxal etdiyini söyləyib. 

Hörmətli oxuçularımız  sonuncu xәbәrimiz   Tatarıstanla  bağlıdır. 
Tatarıstanın mәşhur şairi vә publisisti   Abdulla Tukayın hәyatı vә əsәrlәri ilә bağlı hazırlanan ensiklopediya  oxuculara  tәqdim olunub.

Ensiklopediyanın tәqdimat mәrasimi  fevralın 7-dә Tatarıstan Elmlər Akademiyasında keçirilib.

Ensiklopediya  Tatarıstan dil, әdəbiyyat və incəsənət institutunun  dәstәyi ilә hazırlanıb.  

Kitabda Abdullah Tukay haqqında 2 min 358 məqalə toplanıb. Burda Tukayın əsərlərinin fərqli dünyası, şairin həyatı və sənətə baxışı təhlil olunur.

Tәqdimat mәrasimindә  şairin yaradıcılığı ilə bağlı sərgi də açılıb. Qey edək ki, kitab Tatar Ədəbiyyatı tarixində Әbdulla Tukayla bağlı ilk ensiklopediyadır.



Әlaqәli Xәbәrlәr