Türk Dünyasından Xəbərlər

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

653119
Türk Dünyasından Xəbərlər

Proqramımızın ilk xəbəri Türkiyə ilə bağlıdır.  Türkiyə Cümhuriyyәtinin  Xarici İşlər naziri Mövlud Çavuşoğlu Anadolu Agentliyinә  bir sıra vacib bəyanatlar verib. O,  Türkiyәnin  Türkiyə-Azərbaycan-Qazaxıstan üçtәrәfli formatının yaradılması üzərində işlədiyini deyib. 

M.Çavuşoğlu bildirib ki, Türkiyə tərəfindən yaradılan üçtərəfli formatlar Qafqaz və Balkan regionlarında çox səmərəli fəaliyyət göstərir. Nazir qeyd edib ki, Türkiyə, Azərbaycan və Türkmənistan arasında üçtərəfli iclas yaxın aylarda keçiriləcək.

M. Çavuşoğlu Türkiyə-Azərbaycan-Qazaxıstan  formatının da  tezliklə həyata keçiriləcəyini vurgulayaraq deyib ki, "regional sülh və sabitliyi qorumaq üçün səylər davam edəcək. İntensiv xarici siyasət bizi gözləyir. Komandamızla bərabər biz buna hazırıq".

 "2017-ci ildәn  gözlәntilәriniz  nәlәrdir"  sualını cavablandıran Mövlud Çavuşoğlu bildirib ki, ötən il  bütün çətinliklərə baxmayaraq iqtisadi böhran yaşanmadı. M.Çavuşoğlu   Türkiyənin inkişaf etdiyini, qarşıya çıxan problemlərin həll olunduğunu deyib.

FETÖ-nun iyulun 15-dә hәyata keçirdiyi uğursuz çevriliş cәhdini dә xatırladan M. Çavuşoğlu:  "Türk milləti hər zamankı kimi yenidən ayaqlarının üzərində güclü şəkildə dayanaraq, birləşərək, başda dövlәt başçımız R. T.Ərdoğan olmaqla hər kəs millətimiz və ölkəmizin mənfəətini hər şeydən üstün tutaraq çalışırıq.  2017-ci ilin daha yaxşı  il olacağına ümid edirik" deyib.

Hörmətli oxuçularımız  ikinci xəbərimiz  Qırğızıstanla  bağlıdır.  Qırğızıstan Prezidenti Almazbek Atambayevin Fərmanı ilə 2017-cı il əxlaq, təhsil və mədəniyyət ili elan olunub.

Sәnәddә  bu ifadәlәrә yer verilib:  "Qlobal  tendensiyalar və müasir texnologiyaların inkişafı Qırğızıstan  Respublikası üçün böyük imkanlar yaratmaqla bərabər eyni zamanda yeni problemlərə də yol açır. Bu şəraitdə ölkənin strateji inkişaf məqsədlərinə nail olması ilk növbədə dövlətin və cəmiyyətin əxlaqı, tərbiyəsi və mənəviyyatına birbaşa yönəltmə qabiliyyətinə bağlıdır.

Xatırladaq ki, Qırğızıstan prezidenti Almazbek Atambayevin Fərmanı ilə 2016-cı il tarix və mədəniyyət ili elan olunmuşdu.

Sənəddə deyilir ki, 2016-ci ildə Qırğızıstanda 1916-cı ildə baş verən milli azadlıq hərəkatının 100-cü ildönümündә milli və beynəlxalq səviyyədə anma mərasimləri keçirilib. Xalqın azadlığı üçün canlarından keçənlərin xatirəsinə müqəddəs bir vəzifə yerinə yetirildi.

 Bu baxımdan 2017-ci ilin  əxlaq, təhsil və mədəniyyət ili  elan edilməsi xalqımızın və dövlətimizin hərtərəfli inkişafı üçün əhəmiyyətli bir addım olacaq".

Üçüncü xəbərimiz  Rusiya Federasiyasının tərkibinə daxil olan  Tatarıstan muxtar Respublikası ilә bağlıdır.

 Tataturk.com internet saytında yer alan xəbərə görə, 2016-ci il  Tatarıstan üçün uğurla yekunlaşıb. Böhran şəraitinə baxmayaraq  Tatarıstana  investisiya yatırımları  hәyata keçirilmәkdәdir.

"Medialogiya" şirkəti ilə "Publicity" adlı PR agentliyi  Rusiyada bu gün investorlar üçün ən cəlbedici olan yerləri müəyyənləşdirib. 

Siyahının ilk iki pillәsini  Moskva  ilə Tatarıstan bölüşüb. Digər sırada Krım, Sankt-Peterburq vә Tümen qərarlaşıb. 

Primorski  bölgəsi, Saxalin, Yakutiya, Krasnodar və Lipetsk siyahının ilk pillәlәrindә yer alan bölgәlәr olub.

Hörmətli oxuçularımız son xәbәrimiz Özbәkistanla bağlıdır.

Özbəkistanlı Sarvinoz Kurbonyoyeva Beynəlxalq şahmat turnirində gümüş medal qazanıb.

 Özbəkistan Şahmat Federasiyasından verilәn açıqlamada   12 dekabr - 3 Yanvar  tarixlәri arasında Hindistanın Mumbai şəhərində 2-ci  Beynəlxalq şahmat turnirinin təşkil olunduğu bildirilib.

Şahmat turnirində dünyanın müxtəlif ölkələrindən gəlmiş 218 idmançı iştirak edib. Turnirdә  Özbəkistanı təmsil edən Sarvinoz Kurbonboyeva  altı xal toplayaraq ikinci olub. Ukrayna nümayəndəsi Grossmeyster Adam Tuxayev isә  birinci olub.

Sarvinoz  Kurbonoboyeva  dekabrın 13-dә  Filippinin  Olongapo şəhərində keçirilən şahmat turnirindә  bürünc medal qazanmışdı



Әlaqәli Xәbәrlәr