Bir Vətən təsəvvür edin (analiz)

Bir vətən təsəvvür edin.....

537226
Bir Vətən təsəvvür edin (analiz)

Bir Vətən təsəvvür edin...

 Vətəndaşlarının həyatları və əmlaklarının təhlükəsizliyi üçün məsul olanlar tərəfindən dağıdılması istənilsin.

 Bir Vətən ki, terrorçu əməllərlə bütün sahələrə sızan alçaqların on illər boyunca hazırladığı "özünü yox etmək planlarını" həyata keçirməyə cəhd etməsinə şahidlik etsin.

 Sonra əsgəri, polisi, siyasi iradəsı və vətəndaşı ilə  bunun qarşısını alsın.

 Müstəqil cümhuriyyətin bütün strateji obyektlərini: Prezident Sarayını, Türkiyə Böyük Millət Məclisini, Silahlı Qüvvələrin Baş Qərargahını, Polis İdarəsini, Xüsusi Dövlət Mühafizə Xidmətini bombalayan, xalqı üzərinə tanklardan atəş açaraq şəhid edən qatillər düşünün.

İllərlə hiyləgərcəsinə bu günə hazırlaşarkən bu millətin çörəyini yeyib, suyunu içən canilər…

  Bu Vətən, ələ keçirdiyi bu xainləri məhkəmənin önünə çıxarmaq üçün qollarını çırmalayıb, güclü, dəyanətli, adil, bölünməz uca Türk millətinin vətəni - Türkiyə Respublikasıdır.

  İndi dövlətini içindən gəmirənlərin həqiqi siması ilə üzləşmənin travmasını yaşayan bu millətin ağıl sahibi olanların "yanınızdayıq" kəlməsindən başqa heç bir sözünə ehtiyacı yoxdur.

  Türkiyənin bu, və ya digər təşkilatın "dövlət çevrilişi cəhdindən sonra nəzarətə alınanların" vəziyyətinə dair qayğılarını deyil, "uçurumun kandarından dönən Türk milləti ilə bərabərlik" ismarıcını eşitməyə ehtiyacı var.

 Amma olmasa da olar.

 Çünki Türk milləti bilir. Bu məsələdə təcrübəlidir. Beynəlxalq ictimaiyyət məsələ Türkiyə olunca,  hər zaman onu yıxmaq istəyənlərin aqibətinə görə narahat olur. Lakin separatçı terror təşkilatı PKK-nın illərlə şəhid etdiyi on minlərin, bu şəhidlərin yetim qalan evladlarının, dərdlərinə dözməyərək ölən ana-atalarının hüquqları heç bir zaman gündəmlərində olmur.

 Amma separatçı xainlərə Avropanın paytaxtı Brüsseldə çadır qurduraraq söz azadlıqlarına sahib çıxılmış, sərgi təşkil olunaraq incəsəntlərinin inkişafı təbliğ olunur!

 Sanki, bu dəfə fərqli olacaqdır?

 Əlbəttə ki, xeyr.

 Türk Dövlətinin də nə belə bir gözləntisi, nə də belə bir ehtiyacı var.

 Çünki bu dövlət xain təşəbbüs zamanı xalqın yarıdan çoxunun səsi ilə seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanı İstanbula aparmaq üçün yanına gedərkən:  "Cənab Ali Baş Komandanımız, sizi və ailənizi təhlükəsiz şəkildə İstanbula çatdırmaq üçün gəlmişik. Ya bunu edəcəyik, ya da birlikdə öləcəyik" deyən şərəfli əsgərlərə əmanətdir.

 Bu əsgərlərə isə polis, jandarm, bütün hüquq-mühafizə qüvvələri və ən əsası xalq dəstək verir, sahib çıxır.

 "Bu şərtlərdə nəzarətdə olanlarla pis rəftarı qınamamaq ona göz yummağa bərabərdir" deyən Beynəlxalq Amnistiya Təşkilatından soruşuruq:

-Bu şərtlərdə, seçilmiş bir hökuməti və onun aid olduğu dövləti dağıtmağa çalışan bir dövlət çevrilişi cəhdini qınamamaq ona göz yummağa bərabər deyilmi?

 Və Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Quruculuğunun (FETÖ/PDY) dəstəbaşı Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi halında ədalətli mühakimə olunacağı istiqamətində narahatlıqlarını ifadə edənlərdən soruşuruq:

-ABŞ-dakı 11 Sentyabr hücumlarını planlaşdıranlar başda olmaqla, dünyanın bir çox şəhərində terror hücumlarına qarışan bir çox insanın ədalətli, və ya ədalətsiz olaraq, ittiham olunmasına belə ehtiyac duyulmadan, bəzi hallarda arvadının və uşaqlarının da içində olduğu evlərin, maşınların bombalanaraq öldürülməsi, insan haqlarına uyğundurmu?

 



Әlaqәli Xәbәrlәr