Türk Tarixinin Parlayan Ulduzları

Şəhid Umur Qazi

481370
Türk Tarixinin Parlayan Ulduzları

Umur Qazi İzmir və onun ətrafının fatehidir. O,1309-ci ildə Birgidə anadan olmuşdur. Atası Aydınoğulları Bəyliyinin banisi Mehmed Bəydir. Umur Qazi dənizçi Türk bəyi idi. Buna görə də "Qazi" və "Paşa" təxəllüsləri ilə tanınırdı. 1327-ci ildən etibarən adı tez-tez bölgənin qaziləri və məşhur bəyləri arasında sadalanırdı.

 Umur Qazinin Həyatı fasiləsiz bir şəkildə qəza fəaliyyəti ilə keçmişdir. O, eyni zamanda, dənizçi Türkmən bəyidir. Şəhzadəliyi zamanı Bozca Adası üzərində edəcəyi ilk səfər üçün yeddi kiçik gəmi ilə yanaşı kürəkli döyüş gəmisi inşa etdirmişdi və bu böyük gəmiyə "Qazi" adını vermişdi.

 Umur Qazi Bozca Adasından zəfərlə qayıtdıqdan sonra donanmasını böyüdərək Saqqız adasındakı piratlar üzərinə bir səfər etdi və aralarında 7 ədəd kürəkli gəmisi olan 28 gəmidən ibarət bir donanma yaratdı. Umur Qazının qardaşı Ayasuluk (Selçuk/Efes) bəyi Xızır Qazi də 22 gəmi ilə ona dəstək verdi. Beləliklə, Umur Qazi 50 gəmidən ibarət donanma ilə Saqqız adasındakı piratlar üzərinə yürüdü. Donanma Saqqız adasına lövbər saldı və ada 3.000 nəfərlik bir qüvvə ilə əhatəyə alındı. Umur Qazi və qardaşı İbrahim Bəy Saqqız müharibəsində piyada qoşunlara komandanlıq etdilər.

 Saqqızdan qələbə ilə dönən Umur Qazini böyük qardaşı Xızır bəy təbrik etdi. Donanmasını böyüdən Umur Qazi Saruhan Bəyin oğlu Süleyman Qazi ilə birlikdə Geliboluya uğurlu bir dəniz səfəri etdi. İzmirə dönən zaman Birgidə olan atası Menmet Qazini ziyarət edərək səfərləri barədə məlumat verdi. Atası Aydınoğlu Mehmed Qazinin dəstəyi ilə donanmasını gücləndirən Umur Qazi 250 gəmidən ibarət böyük bir dəniz qüvvəsi yaratmışdı.

O, 1333-cü ildə İpsara, Əyriboğaz kimi İzmir və ticarət yollarının təhlükəsizliyi baxımından kritik əhəmiyyətə malik yerləri fəth etdi. Atası Mehmed Bəy və qardaşları müxtəlif şəhərlərdən İzmirə gələrək onu təbrik etdilər.

 Umur Qazinin atası Məhməd Bəy 1334-cü ildə  xəstələnərək vəfat edən zaman Umur Qazi toplanan bəylik qurultayı tərəfindən Aydınoğulları Bəyi seçildi. Bu zaman o, 25 yaşında idi.

  Umur Qazinin Lesbos və Foçadakı genuyalılara qarşı Bizans İmperatoru Andronikos ilə ittifaq yaratdı. Umur Qazi Foçanın genuyalılardan alınaraq Bizansa tabe olması məsələsində Andro-nikosa dəstək verdi. Umur Qazi Afina dukatları Bizansa üsyan edərkən Bizansın tərəfində olaraq üsyanın yatırılmasına kömək etdi.

Umur Qazi 1341-ci ildə İmperator Andronikosun ölümündən sonra Bizansda taxt uğrunda mübarizələrə İmperatorluğa namizəd olan Kantakuzenosun yardım istəməsi ilə onun tərəfində oldu. Bu əsnada taxtda olan Kraliça Anna Umur Qazidən xilas olmağın yollarını axtarmağa başlamışdı. Kraliça Annanın təhrik etdiyi Venesiya, Genuya, Kipr və Rodos cəngavərləri birləşərək Umur Qazinin üzərinə gəldilər. Balkanlara etdiyi bir səfərdən yorğun qayıdan Umur Qazinin donanması düşmənlərin müttəfiq donanması ilə üz-üzə gəldi. Umur Qazi bu təcavüz nəticəsində İzmir limanının bir qismini əlində saxladı. O, Saruhan Bəyin də araya girməsi ilə Səlib cəngavərləri ilə atəşkəs müqaviləsi imzaladı. Kantakuzenosun yardım istəməsi ilə Umur Qazi Saruhanoğlu Süleyman Bəy və Karesioğlu Süleyman Bəy quru yolu ilə hərəkət edərək Rumelidə olan Kantakuzenosa dəstək verdilər.

 Umur Qazi  İzmirə gələndən sonra şəhərin cəngavərlərin əlinə düşən hissəsini xilas etmək üçün qalanı mühasirəyə aldı. Rodos cəngavərləri ondansülh və əff dilədilər. Onları bağışlayan Umur Qazi müqavilənin Papa tərəfindən təsdiq olunmaması səbəbindən İzmir Qalasını mühasirədə saxlamağa qərar verdi. Umur Qazi İzmir Qalasının mühasirəsi zamanı əsgərlərini cəsarətləndirmək üçün atı ilə önə doğru çıxdığı bir zamanda qaladan atılan bir oxla alnından vurularaq şəhid oldu. Şəhid olduğunda onun 39 yaşı vardı. Umur Qazinin məzarı Birgidə atasına məxsus türbənin içindədir. İzmir fatehi olan bu böyük Türkmən, şəhid və qazini rəhmətlə yada salırıq.

 



Әlaqәli Xәbәrlәr