Mənə İslamı anlat 15/2016

Allahın verdiyi hər nemətin mütləq bir hesabı var. Bu, insanı hər zaman şüurlu davranmağa sövq edir

473940
Mənə İslamı anlat 15/2016


İnsanı ən gözəl şəkildə yaradan Uca Allah adama həyatı boyu ehtiyacı olan bütün maddi və mənəvi dünya nemətlərini verir. Bu barədə Quran buyurur: "Allah sizə istədiyiniz hər şeydən verdi. Allahın nemətlərini saymağa çalışsanız, sayıb qurtara bilməzsiniz.”

Dünya nemətlərindən insanın payına düşən hissəyə ruzi deyilir. Allah hər kəsə maddi və mənəvi sərvəti ona görə verir ki, həyatlarını davam etdirə bilsinlər.

Uca Allahın adlarından biri Rezzaqdır, mənası Yaradılan hər şeyin ruzisini təmin edən deməkdir. Allah təkcə ona inananlara deyil, hər kəsə ruzi verir. Çünki insanın maddi həyatının əsasını bədənin yemə, içmə və geyinmə ehtiyacları təmin edir. Mənəvi həyatın əsası isə ruhun iman, ibadət və sevgi kimi gözəl mənəvi ehtiyaclardır. Bütün bunlardan yuxarıda insan üçün ən mühüm nemət doğrunu görməsi, haqqa yönəlməsi, hidayətə çatması, Allaha iman etməsi, Yaradanın iznilə cənnətə düşməsidir.

Quranda ruzi ilə əlaqədar ayələr bu cümlələrlə ifadə olunub:

"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin..."

"Nə qədər canlı var ki, ruzisini daşıya bilməz. Ona görə bilin ki, onları da, siz insanları da Allah bəsləyir."

"Şübhəsiz ki, ruzi verən yenilməz qüdrət və qüvvət sahibi olan Allahdır."

"Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini açar və ya azaldar. Allah bilən məsləhətdir."

Rəzzaq olan Allah öz üsuluna uyğun şəkildə ruzi istəyənləri aç buraxmaz. Hz. Peyğəmbər bu barədə deyib: "Yaşadığınız müddət boyu ruzi ilə bağlı ümidsizliyə qapanmayın. İnsan övladı dünyaya çılpaq gəlir, amma Allah ona ruzi bəxş edir. Ruzi verən Allahdır, inanın və narahat olmayın”. Görün, ana qarınındakı bala və dənizdəki tək hüceyrəli canlıların ruzisi necə asan verilib.

Ruzi bəxtə bağlı nemətdir. Əcəli insanı necə təqib edirsə, ruzi də insanı elə təqib edir. Allahın ruzisi tənbəllik edib-etməmək, hər hansı düşüncə sahibi olub-olmamaqla əlaqədar deyil. Quran peyğəmbərlərin həyatlarından bəhs edərkən onların ruzilə bağlı nümunə olduqlarına işarə edib. Əsas odur ki, insan ruzini halal yollarla qazansın, imtahana hazır olsun.

Uca Allah təmiz, xoş və faydalı şeyləri insanlara halal, pis və zərərli olanları haram edib. Quranda: "Allahın sizə halal və təmiz olaraq verdiyi ruzilərdən yeyin" deyə buyurulub. Bu səbəbdən hər müsəlmanın özü və ailəsinin ehtiyaclarını halal yollarla qazanmağa çalışması, haramlardan qaçması fərzdir. Çünki haram qazanc yolları insanı zülm, istismar və anarxiyaya, axirətdə isə əzaba aparır.

Hz. Peyğəmbər (s.a.v) malına haram qarışmış olanın dua və ibadətlərinin qəbul olunmayacağını belə deyib: "...Saçı-başı dağınıq, toz-torpaq içində, əlini səmaya qaldırıb “Ya Rəbb, Ya Rəbb" deyə dua edər, halbuki yediyi haram, içdiyi haram, geydiyi haram, hər şeyi haramla bəslənir. Belə bir adamın duası necə qəbul oluna bilər?"

Qazancın halal yollarla əldə edilməsi vacib olduğu kimi, israf edilmədən təmiz və halal yerlərə xərclənməsi də vacib sayılır. Uca Allah "Mallarınızı aranızda haqsızlıqla yeməyin" deyə buyurub. Hz. Peyğəmbər (s.a.v) də "İsraf etmədən, yersiz qürur etmədən yeyin, geyinin və kasıblara kömək edin" deyə söyləyib.

Ayə və hədislərdə şükür etmək, qohumluq əlaqələrini gücləndirmək, tövbə etmək kimi gözəl davranışların da ruzinin bərəkətlənməsinə və artmasına səbəb olacağı bildirilib. Hz. Peyğəmbər (s.a.v) belə dua edərmiş: "Allahım, günahlarımı bağışla, ruzimi artır və bərəkətli et!"

Allahın verdiyi hər nemətin mütləq bir hesabı var. Bu, insanı hər zaman şüurlu davranmağa sövq edir. Ruzi verənin Allah olduğuna inanan mömin başqalarına verilən nemətlərə göz dikməz, başqasının sahib olduğu nemətlərə paxıllıq etməz və buna görə də özünü heç vaxt bədbəxt saymaz. Hər adam özündən möhtac insanlara baxaraq əlindəki nemətin qiymətini bilməli, şükür etməlidir. Hz. Peyğəmbər (s.a.v) bu barədə deyib: "Heç kim öz əl əməyinin qazancından daha xeyirli bir yemək yeyə bilməz."



Әlaqәli Xәbәrlәr