Mǝnǝ İslamı Anlat 14/2016

İslam dininin ən əsas xüsusiyyəti Tövhid inancıdır

469334
Mǝnǝ İslamı Anlat 14/2016


İslam dininin ən əsas xüsusiyyəti Tövhid inancıdır. Söz olaraq təklik mənasına gələn tövhid Allahın varlığını, birliyini, bütün uca keyfiyyətləri özündə topladığını, gözəl sifətlər daşıdığını, həyatın yoldaşı və bənzəri olmadığını bilmək və buna inanmaq deməkdir. Bu inanc köklü şəkildə "La ilahə illəllah" - Allahdan başqa ilah yoxdur cümləsilə ifadə edilir.

Quran tövhid inancını Allahın zatı, birliyi, sifətləri, kainat və insanla əlaqələri baxımından bu şəkildə ortaya qoyur: Allah birdir, heç bir şeyə möhtac deyil, O doğmamış və doğulmamışdır, oğlu və ya qızı yoxdur, heç bir qrupa və ya adama daha yaxın ya da daha uzaq deyil. Allah hər kəsin Rəbbidir, bənzəri və ortağı yoxdur. Allah Yerdə də, göydə də vardır.

Tövhid təkcə Allaha ibadəti, Onu sevməyi, ixlasla Ona bağlanmağı, yalnız Ondan kömək diləməyi, Ona güvənməyi istəyir. Heç bir mövzuda Allahın tayı-bərabəri yoxdur. Allahın əmr etdiyi şeylərin sevilməsi və qoyduğu qaydalara riayət də tövhidin qanunlarındandır. İmanın dünyəvi hər cür mövqe və davranışa istiqamət verməsi tövhidin əksidir.

İslamın digər mühüm xüsusiyyəti onun mükəmməl olmasıdır. Allah tərəfindən göndərilən digər dinlərlə arasında dil, coğrafiya və tarixi proses fərqlilikləri olsa da, inanc əsasları, ibadət anlayışı, ədalət, düzgünlük, sevgi, yardım etmək kimi ortaq xüsusiyyətlər daşıyır. Bu mənada vəhy qaynaqlı bütün dinlər eynidir. İslam Hz. Adəmdən bəri gələn vəhy ənənəsinin davamı və son halqasıdır. Bu səbəbdən İslam mükəmməldir.

Yer üzündəki bütün insanları və qiyamətə qədər bütün zamanları əhatə edir. İslamın təməl qaynağı Quranın kəlamları, qiyamətə qədər hər zamanları əhatə etməsi, başda insan olmaqla bütün canlıları, hətta cinləri də əhatə etməsidir.

Əvvəlki dinlər müəyyən bir dövrlə məhdud ikən və ya müəyyən bir cəmiyyətə xitab edilərkən İslam bütün zamanlara və bütün insanlığa, hətta bütün yaradılanlara xitab edir. Quran təkcə müəyyən bir qrupu deyil, bütün insanları qəbul edir, "Ey iman gətirənlər", "Ey insanlar", "Ey Adəmoğlu" kimi ümumi xitablarla müraciət edir. Hz. Peyğəmbər də "Hər peyğəmbər yalnız öz qövmünə göndərildiyi halda, mən bütün insanlara göndərildim" deyib.

İslam insanları ictimai mövqe və cinslərinə görə ayırd etmir. Ortaya qoyduğu prinsiplər insanın fərdi və ictimai həyatının bütün seqmentlərini işıqlandırır. Mükəmməl bütün dəyərlər İslamın təməlidir. İslam insan hüquqları, düzgünlük, etibarlılıq, ədalət, səxavət, qonaqpərvərlik, bərabərlik, yaşlı, uşaq və qadınların haqqlarını mühafizəetmə, çalışmaq, sülhə nail olmaq kimi bütün qayda və qanunların hamısını özündə əks etdirir və tövsiyə edir.

İnsan ağlına dəyər verməsi də İslamın xüsusiyyətlərindən biridir. Ağıl insana Allah tərəfindən verilmiş bir qüvvədir. İnsanı digər canlılardan ayıran ağıl onun ən üstün xüsusiyyətidir. Bu güc sayəsində insan yaxşı, pis, faydalı və zərərli şeyləri bilir. Quran insanları ağıllarından istifadə edərək kainat və hadisələr üzərində düşünməyə çağırır.

İslam dinində ağıl dini əmr və qadağalarla məsuliyyət daşımağın ilk şərtidir. İman ağıl üzərində bina edilir. Bu səbəbdən ağlın qorunması əsas qayədir. Müvəqqəti olsa belə, ağılın funksiyalarını itirməsinə səbəb olan içki, narkotik və s. maddələrin istifadəsinə Quran yasaq qoyur. Ağlın bir məhsulu olan müqayisə dini hökmlərin dörd təməl qaynağından biridir və İslam hüququnda tez-tez işlənir.

İslamın digər əsas xüsusiyyəti insana yaradılanlar arasında xüsusi dəyər verməsidir. Quranda deyilir: "Biz həqiqətən insanı ən gözəl bir şəkildə yaratdıq", "Biz insan övladını şərəfli etdik". Bu səbəbdən dünyaya gələndən insanın şəxsiyyət hüquqları var və toxunulmazdır. İnsan Allahın yaratdığı hörmətli bir varlıqdır. Amma təkcə inanc, cins, etnik mənşə, ictimai status və mövqe insanı dəyərə mindirmir. İslam düşüncəsində yaradılanın Yaradandan ötrü sevməsi və mərhəmət etməsi Allaha olan imanının ən yüksək nöqtəsidir.


Etiketlәr: #Tövhid inancı

Әlaqәli Xәbәrlәr