Türk Tarixinin Parlayan Ulduzları

Tapdıq Əmrə

424651
Türk Tarixinin Parlayan Ulduzları

Türklərin mədəniyyət tarixində Tapdıq Əmrə və onun tələbəsi Yunus Əmrənin xüsusi bir yeri vardır.Hər ikisi də özlərindən sonrakı dövrlərə təsir etmiş bir məhək daşı rolunu oynayan sufi və filosofdur. Yunus Əmrə ilə Tapdıq Əmrənin buraxdıqları izlər bir-birini tamamlayacaq bir keyfiyyət daşıyır. Tapdıq Əmrə və tələbəsi Yunus Əmrə Əhməd Yəsəvinin Anadoludakı təqibçiləridir.

Osmanoğullarının ortaya çıxdığı coğrafiya Tapdıq Əmrənin yaşadığı bölgə ilə eynidir. Ankara,Nallıxan,Mihalıccık,Karacadağ,Sivrihisar,Sultanönü,Eskişehir,Bilecik,Söyüt və Domaniç civarları bu ərazini təşkil edir. Kayı boyunun Ankara civarına gəliş illəri (1220-ci illər) Tapdıq Əmrənin yaşadığı və dərvişlik etdiyi zamanlara təsadüf edir. Səlcuqlu Sultan Ələddin Keykubad tərəfindən Kayı boyunun Ankara və Karacadağ tərəflərinə yerləşdirilməsi Tapdıq Əmrə və Kayının əlaqəli olabiləcəyi ehtimalını doğurur.

1220-ci illər Xorasan və Maveraünnehir bölgəsinin Monqol hökmdarı Çingizin orduları tərəfindən yağmalandığı və talan edildiyi illərdir. Məhz bu səbəbdən Anadoluya bir sıra elm yolçusu gəlmişdir. On üçüncü əsrdə Mövlanə və müasirləri içərisində gördüyümüz bütün ərənlər silsiləsindən olan Tapdıq Əmrə, Yunus Əmrə, Hacı Bektaşi Vəli kimiləri Ali Çingiz axınlarının önündən qaçaraq Türkiyə Səlcuq hökmdarlarına sığınmışdılar.

Ahiyani Rum (Anadolu Ahiləri) və Baciyani Rum (Anadolu Bacıları) ərənləri kimi soaial zümrələr içində Tapdıq Əmrə də vardır. Şeyx Ədəbalı, Geyikli Baba, Ahi Həsən, Ahi Evran və Tapdıq Əmrənin adları Aşıkpaşazadədə vardır. Müsəlman türkmənlər içində Tapdıq Əmrə ilə əlaqəli olan məşhur isimlər arasında Barak Baba və Sarı Saltık da vardır.

Yunus Emre'nin şiirlerinden O'nun Tapduk Emre ile irtibatları anlaşılır. Tapduk Emre saf bir Müslümandır. Vasat ve iyilik sahibi bir erdemli insan olma halini temsil eder.

Yunus Əmrənin şeirlərindən onun Tapdıq Əmrə ilə əlaqələri bəlli olur. Tapdıq Əmrə yaxşılıq edən fəzilətli insan olma halını təmsil edən saf bir müsəlmandır.

Osmanlı arxiv sənədlərinə görə, Tapdıq Əmrənin Orta Anadolunun Ankara, Nallıhan və ətrafında yaşadığı dəqiqdir. Tapdıq Əmrənin yaşadığı zaman on üçüncü əsrdir. Onun doğum və vəfatının tarixi bəlli deyildir. Osmanlı imperiyasının ilk tarix yazanlarından olan Aşıkpaşazadə Tapdıq Əmrənin yaşadığı dövrü Orxan Qazi zamanı olaraq göstərməkdədir. Ancaq Tapdıq Əmrə Orxan Qazinn taxta keçməsindən bir müddət əvvəl vəfat etmişdir. Ədə olunan yeni sənədlərdə Tapdıq Əmrənin məzarının yerini dəqiqləşdirmək mümkündür. Bu məlumata aid ən etibarlı mənbə vəqf və küpçə təhrir qeydlərində olan Nallıhana yaxın “Emrem Sultan Kəndi”ndəki türbəyə aid sənədlərdir.

Türkiyə Nazirlər Kabineti Osmanlı arxivlərində olan Ankara Sancağına dair qeydlər içindən 12 ədə sənəddə Tapdıq Əmrənin qızı Bacım Sultana aid vəqif və digər dəftər qeydləri də vardır. Nallıhanın Tekke kəndi sakinlərindən olduğu bilinən Baclm Sultanın Ankaradakı Ahi vəqfləri ilə birlikdə qeydedilməsi diqqət çəkir. Bu sənədlər arasında Ankara şəhəri içindəki Ahi Şerafeddin və Ahi Hüsaməddin vəqfləri ilə birlikdə Bacım Sultan Təkkəsi vəqflərinin gəlir-çıxar qeydləri də vardır.

Tapdıq Əmrənin dərvişlərindən bir çoxunun qəbirlərinin Nallıhan və ətrafında olması buranın kübar bir məkan olduğunu təsdiq edən başqa bir dəlildir. Bu halda Tapdıq Əmrənin kəndi “Emrem Sultan Kəndi”dir. Ankara Vilayəti Salnaməsində də Tapdıq Əmrə və Bacım Sultan türbələri barədə qeydlər vardır.

Tapdıq Əmrəni tələbəsinin şeirləri vasitəsilə birinci dildən və birinci əldən tanımaq nə gözəldir:

Tapduğun tapusunda

Qul olduq kapusunda

Yunus miskin ciğ idik

Pişdik elhamdülillah

Və ya

Şeyh u dânişmend u velî cümlesi birdir er yolu

Yunus'dur dervişler kulu Tapduk gibi serveri var

Yunus Əmrə şeirlərində “Tapdıq” anlayışının Allaha ibadət və dua etmə anlamında da işlədir:

Yunus sen Tapduk'una kıl dualar

Deme kim ne kılam bu aşk elinden



Әlaqәli Xәbәrlәr