DÜNYAYA İZ SALAN TÜRKLƏR 15 /14

Sevimli dinləyicilər, bu proqramda sizə Türk təsəvvüfünün qabaqcıl şəxsiyyəti olan böyük elm və hikmət sahibi şair Xoca Əhməd Yəsəvidən danışacağıq.

62528
DÜNYAYA İZ SALAN TÜRKLƏR 15 /14

Sevimli dinləyicilər, bu gün sizə Türk təsəvvüfünün qabaqcıl şəxsiyyəti olan böyük elm və hikmət sahibi şair Xoca Əhməd Yəsəvidən danışacağıq. Türk-İslam təsəvvüfünün qurucusu sayılan Əhməd Yəsəvi təxmini məlumatlara görə, 1093-cü ildə Qərbi Türküstanda, bugünkü Qazaxıstanın sərhədləri içərisndə olan Sayram qəsəbəsində dünyaya göz açıb. Atası Şeyx İbrahim dövrünün tanınmış şəxsiyyətlərindən biri idi. Anası isə Qarasaç Xatun adı ilə xatırlanan Aişə Xatun olub.

Əhməd Yəsəvi ailənin ikinci uşağı idi və Gövhər Şahnaz adlı bir bacısı vardı. Çox kiçik ikən anasını, 7 yaşındaykən ilk müəllimi saydığı atasını itirincə böyük bacısı ilə birlikdə Qazaxıstanın Türküstan şəhərinin Yesi qəsəbəsinə gedir və bir müddət orda yaşayır. Yesidə oxumağa başlayan başlayan Əhməd kiçik yaşlarından fövqəladə qabiliyyət və zəkası ilə seçilir. Təhsilini Arslan Atanın yanında alır və onu özünün mənəvi atası hesab edir.

Əhməd Yəsəvi müəllimi Arslan Atanın ölümündən sonra da təhsil almağa davam edir, bununçün dövrün mühüm mədəniyyət mərkəzləri olan Buxara və Səmərqəndə gedir. 27 yaşındaykən Əhməd Yəsəvi böyük təsəvvüf alimi Şeyx Yusif Həmədaninin tələbəsi olur.

Böyük alimlərin yanında təhsil alan və özünü ən yaxşı şəkildə yetişdirən Əhməd yenidən Yesi şəhərinə dönür. Burada Yəsəviyyə Ocağı qurur ki, Əbdülxaliq Gücdüvani və Məhəmməd Bəhaiddin Nəqşibəndi kimi böyük təsəvvüf alimləri bu ocaqdan pəhrələnmişdilər. Yəsəvi məktəbində təhsil alan minlərlə şagirddən bir çoxu Yəsəvicilik düşüncəsini Hindistan, İran, Əfqanıstan və xüsusilə Anadoluda yaymışlar. Anadoludakı Yəsəvi ardıcılları döyüşlərə qatılaraq bəzən Alpərən, bəzən də qardaşlıq və əxlaq döyüşçüləri olaraq Ahi adını almışlar.

Əhməd Yəsəvi təsəvvüf və hikmətli sözləri yalnız dərs olaraq izah etməklə kifayətlənmirdi. O dərin məzmunlu kəlamlarını misralara düzərək şeirlərlə xalqa və müridlərinə çatdırırdi. Elm və mədəniyyət dilinin ərəb və fars olduğu bir dövrdə Əhməd Yəsəvi şeirlərini türkcə - Qaraxan türkcəsində yazırdı. Sonralar sevənləri tərəfindən tərtib edilərək şeirləri bir araya gətirilib və "Divan-i Hikmət" adıyla bu günümüzə qədər gəlib çatıb. Amma bəzi sözlər tərcümə olunduğu üçün ortaya fərqli dil xüsusiyyətləri çıxıb.

Əhməd Yəsəvinin hikmətli misraları dini və fəlsəfi mövzulardadır. İslamın əsasları, şəriətin hökmləri, təsəvvüf ədəbi onun şeirlərinin ana xəttini təşkil edib. Qiyamət əhvalı, cənnət və cəhənnəm təsvirləri, dünyadan şikayət, Peyğəmbər sevgisi, dərviş hekayələri (menkibe) qələmə alsa da, bunlarda öz həyatına aid məqamları da əks etdirib. Əhməd Yəsəvinin Türk ədəbiyyatının mühüm nümunələrindən biri olan “Divan-i Hikmət” əsəri 1166-cı ildə bir araya toplanıb. Bu əsər məşhur mütəfəkkirlər Yunus Əmrə, Hacı Bektaşi Vəli, Hacı Bayram Vəlinin düşüncələrinə bir örnək oldu.

Orta Asiyanın piri Xoca Əhməd Yəsəvinin "Divan-i Hikmət"i Türk dünyasıda çox oxunan əsərlərdən biridir. Onun və davamcılarının hikmətlərindən ibarət olan bu əsərinin dünya kitabxanalarında müxtəlif əlyazma nüsxələri mövcuddur.

Əhməd Yəsəvi 1166-ci ildə dünyasını dəyişib. Vəfatından təxminən iki əsr sonra onun türbəsini Əmir Teymur inşa etdirib. Rəvayətə görə, bir gün Əhməd Yəsəvi böyük Türk xanı Əmir Teymurun yuxusuna girərək ona Buxaranın fəthini müjdələyir. Bu işarədən sonra Əmir Teymur Buxara üzərinə səfərə çıxır və qələbə qazanır. Zəfərdən döndükdən sonra mənəvi bir şükran hissi ilə Əhməd Yəsəvini ziyarət üçün Yəsiyə gəlir. Onun qəbirinin üstündə Əmir Teymur Əhməd Yəsəvi üçün möhtəşəm bir türbə tikilməsi əmrini verir, inşa etdirir və xatirəsini bir daha əbədiləşdirir.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr