Uçuş zamanı pilotlar eyni anda yuxuya getdilər və …

İndoneziyanın dövlət xəbər agentliyi “Antara”nın məlumatına görə ...

2113606
Uçuş zamanı pilotlar eyni anda yuxuya getdilər və …

 

  İndoneziyada uçuş zamanı pilotlar eyni anda təxminən yarım saat yatıblar.

  İndoneziyanın dövlət xəbər agentliyi “Antara”nın məlumatına görə, yanvarın 25-də İndoneziyanın Kendari şəhərindən paytaxt Cakartaya uçarkən həm pilot, həm də ikinci pilot eyni vaxtda 28 dəqiqə yuxuya gedib və naviqasiya xətalarına səbəb olub.

  Təyyarə dəqiqələrlə kursdan çıxıb.

  İndoneziya Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinin ilkin hesabatına görə, uçuş zamanı 153 sərnişin və 4 stüardessa daxil olmaqla, heç kim xəsarət almayıb və təyyarəyə heç bir ziyan dəyməyib.

  Məlumata görə, ikinci pilot bir gün əvvəl kapitana kifayət qədər istirahət etmədiyini bildiribmiş.

  Təyyarə Kendaridən ayrılaraq kruiz hündürlüyünə çatdıqdan sonra kapitan dincəlmək üçün icazə istəyib, ikinci pilot təyyarəni idarə edib. Enişdən təxminən 90 dəqiqə əvvəl ikinci pilot da “təsadüfən” yuxuya gedib.

  Hesabatda ikinci pilotun bir aylıq əkiz körpələrinin olduğu və avradına kömək üçün körpələrə baxmaqla əlaqədar yuxusuz qaldığı bildirilib.

  Hadisə ilə bağlı araşdırmalar davam edir.



Әlaqәli Xәbәrlәr