Dünyanın ilk şəhərlərarası hava taksisi sınaq uçuşunu həyata keçirdi

Çin təyyarə istehsalçısı “AutoFlight” şəhərlər arasında qısa məsafəli sərnişin daşımaları üçün hazırlanmış elektrik Şaquli Uçuş və Eniş Vasitəsinin (eVTOL) sınaq uçuşunu gerçəkləşdirdi

2109139
Dünyanın ilk şəhərlərarası hava taksisi sınaq uçuşunu həyata keçirdi

 

  Dünyanın ilk şəhərlərarası hava taksisi sınaq uçuşunu həyata keçirdi.

  Çin təyyarə istehsalçısı “AutoFlight” şəhərlər arasında qısa məsafəli sərnişin daşımaları üçün hazırlanmış elektrik Şaquli Uçuş və Eniş Vasitəsinin (eVTOL) sınaq uçuşunu gerçəkləşdirdi.

  Sınaq uçuşu ölkənin cənubundakı Quanqdon əyalətindəki İnci çayının iki ayrı sahilində Sincan və Cuhay şəhərləri arasında “Rivaxt” adlı konseptual nəqliyyat vasitəsi ilə həyata keçirilib.

  Şirkət 20 dəqiqəlik sınaq uçuşunun "Dünyada ilk şəhərlərarası hava taksi xidməti" olduğunu və onun pilotsuz və sərnişinsiz reallaşdığını bildirib.

  Altıpervaneli planer tipli təyyarə pilot da daxil olmaqla 5 nəfəri maksimum 250 kilometr məsafəyə aparır.

  Uçan avtomobil saatda 200 kilometrə qədər sürətl gedir.



Әlaqәli Xәbәrlәr