Diyarbәkirdә 1800 illik cərrahi alətlər aşkar edilib

Diyarbəkirin Çınar rayonundakı Zerzevan qalasında aparılan qazıntılar zamanı Mitra dininə aid yeraltı məbədin yaxınlığında 1800 illik cərrahi alətlər tapılıb.

2078472
Diyarbәkirdә 1800 illik cərrahi alətlər aşkar edilib

Diyarbəkirin Çınar rayonundakı Zerzevan qalasında aparılan qazıntılar zamanı Mitra dininə aid yeraltı məbədin yaxınlığında 1800 illik cərrahi alətlər tapılıb.
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Dünya İrs Müvəqqəti Siyahısına daxil edilən tarixi qalada Mədəniyyət və Turizm Nazirliyi, Valilik, Diyarbakır Muzeyi və Çınar İcra Hakimiyyətinin töhfələri ilə 2014-cü ildə başlayan arxeoloji qazıntılar davam edir. 
Bu günədək 60 hektarlıq ərazidə aparılan qazıntılar zamanı  uzunluğu 1200 metr olan şəhər divarları xarabalıqları, 21 metr hündürlüyündə müşahidə və müdafiə qülləsi, kilsə, inzibati bina, yaşayış məskənləri, taxıl və silah anbarları, qaya qəbirləri, su kanalları, 54 su anbarı, yeraltı kilsə, 400 nəfərlik yeraltı sığınacağı, gizli keçidlər, Mitra dininə aid yeraltı məbədi və bir çox digər artefaktlar üzə çıxarılıb.
Qalada bu il başlayan qazıntılar zamanı 1900 illik Mitra məbədinin monumental qapısı aşkar edilib.
Bu bölgədə qazıntı işləri aparan ekspert qrupu 1800 illik iki cərrahi alət də tapıb.
Qazıntılar şöbəsinin müdiri dosent Aytaç Coşqun yaxın vaxtlarda qalanın girişində tikiləcək muzey layihəsinə başlamağı planlaşdırdıqlarını bildirərək, bölgədən çıxarılan minlərlə əsərin bu muzeydə nümayiş olunacağını qeyd edib.



Әlaqәli Xәbәrlәr