Məmurlara “Telegram”, “WhatsApp” və “Signal”dan istifadə qadağan oldu

“Le Figaro”nun xəbərinə görə ...

2071031
Məmurlara “Telegram”, “WhatsApp” və “Signal”dan istifadə qadağan oldu

 

  Fransada hökumət üzvlərinə “Telegram”, “WhatsApp” və “Signal” proqramlarından istifadə etməmək tapşırılıb.

  “Le Figaro”nun xəbərinə görə, Baş Nazirlik tərəfindən verilən təlimatda hökumət nümayəndələrinə telefonlarından “Telegram”, “WhatsApp” və “Signal” kimi mesajlaşma proqramlarını silmələri istənilib.

  Məxfi məlumatlarla bağlı görüşlər üçün təhlükəsizliyi gücləndirməyi nəzərdə tutan təlimatda hökumət üzvlərinin ən geci dekabrın 8-dək yerli “Olvid” mesajlaşma tətbiqinə keçmələri tapşırılıb.

  Qeyd edilib ki, “Olvid” tətbiqinin Fransanın Milli İnformasiya Sistemləri Təhlükəsizliyi Agentliyindən (ANSSI) birinci səviyyədə təhlükəsizlik sertifikatı almış yeganə proqramdır. 

  “Olvid” proqram şirkəti 2019-cu ildə iki fransalı kibertəhlükəsizlik mütəxəssisi tərəfindən yaradılıb.



Әlaqәli Xәbәrlәr