Avropada mövsümün ilk qarı və ən yüksək temperaturu eyni anda bu ölkədə oldu

Yunanıstan Meteorologiya İdarəsinin verdiyi məlumata görə ...

2060468
Avropada mövsümün ilk qarı və ən yüksək temperaturu eyni anda bu ölkədə oldu

 

  Avropada mövsümün ilk qarı noyabrın 4-də Yunanıstanın şimalına yağıb. Ayın ən yüksək temperaturu isə cənubdakı Krit adasında olub.

  Yunanıstan Meteorologiya İdarəsinin verdiyi məlumata görə, 4 noyabrda gün ərzində ölkənin müxtəlif bölgələrində fərqli iqlim şəraiti hökm sürüb. Ölkənin şimal-qərbindəki Pindus dağının yüksək hissələrinə mövsümün ilk qarı yağıb, şimal-şərqi güclü yağış və küləyin təsiri altına düşüb. Hətta İpiros və Tessaliya bölgələrində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib. Qərbi Trakyadakı Xanthi rayonunda tornado olub, bütün Tesaliya və Trakyaya dolu yağıb.

  Saatda 120 kilometrə çatan küləyin üstünlük təşkil etdiyi Euboea adasında meşə yanğını baş verib.

  Peloponnes yarımadası və Krit adasında havanın temperaturu mövsümi normaları keçib.

  Avropanın noyabr ayının ən yüksək temperaturu da temperaturun 35,1 dərəcəyə çatdığı Kritdə ölçülüb.



Әlaqәli Xәbәrlәr