AP deputatlarını aparan qatar səhvən əyləncə parkına getdi

Fransanın dəmir yolu şirkəti SNCF-dən verilən açıqlamaya görə ...

2051614
AP deputatlarını aparan qatar səhvən əyləncə parkına getdi

 

  Belçikanın paytaxtı Brüsseldən yola düşən və Avropa Parlamenti (AP) üzvlərini aparan sürətli qatar səhvən Fransanın Strasburq yerinə paytaxt Parisdəki əyləncə parkı “Disneyland”ə gedib.

  BFMTV kanalının xəbərinə görə, oktyabrın 16-sə səhəri Brüsseldən yola düşən sürətli qatar Strasburqa çatmalı idi. Amma Avropa Parlamentinin üzvlərini aparan qatar Fransanın Ruasi-Şarl-de-Qol (Roissy-Charles-de-Gaulle) stansiyasına çatanda yanlış yola yönəldilib. Bu üzdən qatar Avropa Parlamentinin deputatlarını Strasburqa deyil, səhvən 400 kilometr uzaqlıqdakı “Disneyland Paris”ə aparıb.

  Fransanın dəmir yolu şirkəti SNCF-dən verilən açıqlamaya görə, Avropa Parlamentinin deputatlarını aparan qatarın 45 dəqiqə gecikmə ilə Strasburq istiqamətinə geri döndüyü bildirilib.

  Hollandiyalı deputat Samira Rafaela sözügedən mövzu ilə bağlı “X” platformasında bir jurnalistin "Səhvən “Disneyland”ə göndərilən AP qatarında kim var? Mənimlə əlaqə saxlayın" sualına qatarda çəkdirdiyi şəklini "Disneyland komandası" yazısı ilə cavab verib.    

  Qeyd edək ki, qatarda olan deputatlar AP-nin Strasburqdakı binasında keçiriləcək Baş Assambleyaya qatılacaqlar.



Әlaqәli Xәbәrlәr