Fransa “iPhone 12”lərin satışı qadağan edildi

J.N.Barro “X” sosial media platformasında sözügedən mövzu ilə bağlı yazıb ...

2036849
Fransa “iPhone 12”lərin satışı qadağan edildi

 

  Fransada “iPhone 12”lərin satışı növbəti xəbərdarlığa qədər qadağan edilib.

  Fransanın rəqəmsallaşma və telekommunikasiya naziri Jan-Noel Barro (Jean-Noel Barrot) ölkədə “iPhone 12” model telefonların satışının növbəti xəbərdarlığa qədər yasaqlandığını açıqlayıb.

  J.N.Barro “X” sosial media platformasında sözügedən mövzu ilə bağlı yazıb: “Amerika texnologiya nəhəngi “Apple”in növbəti yeniləməsinə qədər “iPhone 12” model telefonun satışı Fransada dayandırılır”.

  Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə “iPhone 12”lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.

  Avropada bir telefon cibdə və ya əldə tutulduqda radiasiya miqdarının 4W/kq olması halda, ANFR “iPhone 12” model telefonunda bu miqdarın 5,74 Vt/kq olduğunu ortaya çıxıb.



Әlaqәli Xәbәrlәr