Baydendən yanlış paylaşma

“New York Post” qəzetinin yazdığına görə ...

2036853
Baydendən yanlış paylaşma

 

  ABŞ prezidenti Co Bayden Vyetnam dövlət başçısı ilə görüşü ilə bağlı paylaşımında başqa bir siyasətçi ilə olan şəklini paylaşıb.

  “New York Post” qəzetinin yazdığına görə, ABŞ prezidenti vyetnamlı həmkarı ilə görüşü ilə bağlı sosial media platforması “X” hesabındakı paylaşımında başqa bir vyetnamlı siyasətçinin fotosundan istifadə edib.

  Co Bayden yazıb: “Vo Van Thuong ilə belə məhsuldar görüşə görə təşəkkür edirik. Bu tərəfdaşlıq xalqlarımızın potensialını və bir sıra inanılmaz imkanları açmaq məqsədi daşıyır."

  ABŞ prezidenti Vyetnam parlamentinin sədri Vuong Dinh Hue ilə təbrik şəklinin yer aldığı səhv yazı daha sonra silinib.



Әlaqәli Xәbәrlәr