ABŞ prezidentinə zəhərli məktub göndərən qadının aqibəti bəlli oldu

Cəzasını çəkdikdən sonra Paskal Ferrier ABŞ-dan deportasiya olunacaq və geri qayıdarsa, ömürlük həbs olunacaq

2026493
ABŞ prezidentinə zəhərli məktub göndərən qadının aqibəti bəlli oldu

 

  ABŞ prezidenti olduğu zaman ölümcül zəhərlər arasında göstərilən risin maddəli məktubu Donald Trampa göndərən kanadalı Paskal Ferrier təxminən 22 il həbs cəzasına məhkum edilib.

  Vaşinqtonda bir poçt şöbəsində yoxlama zamanı diqqət çəkdiyi üçün məktubu D.Trampa çatmayan Ferrierə hakim Dabni Fridrix 262 ay (21 il 10 ay) həbs cəzası kəsib.

  Cəzasını çəkdikdən sonra Paskal Ferrier ABŞ-dan deportasiya olunacaq və geri qayıdarsa, ömürlük həbs olunacaq.

  Məhkəmədə çıxış edən Ferrier özünü "terrorçu" deyil, "aktivist" kimi gördüyünü bildirib. O, bundan əvvəl 8 dəfə Texas hüquq-mühafizə orqanlarına oxşar məktublar göndərdiyini etiraf edib.

  Xatırladaq ki, ABŞ-ın əvvəlki prezidenti Donald Tramp üçün Ağ Evə göndərilən və tərkibində ölümcül zəhərlər arasında göstərilən risin maddəli məktub 2020-ci ilin sentyabrında ələ keçirilib. Zəhərlənmiş məktubu göndərən kanadalı Paskal Ferrier ABŞ-ın Kanada sərhədində Nyu-Yorkun Buffalo şəhərində yaxalanıb.

  Qeyd edək ki, ölümcül zəhər olan risinin hələ də antidotu tapılmayıb. 

 



Әlaqәli Xәbәrlәr