Həbsxanaya siçovul basqını və maraqlı açıqlama

Məhkumlar bildiriblər ki ...

2020682
Həbsxanaya siçovul basqını və maraqlı açıqlama

 

  Gigiyena qaydalarına riayət edilmədiyi üçün Belçikanın paytaxtı Brüsseldəki “Saint Gilles” həbsxanasına siçanlar basqın edib.

  Yerli KİV-in məlumatına görə, şəhərin mərkəzi həbsxanası olan “Saint Gilles”də idarəolunmaz siçovul istilası var.

  Məhkumlar bildiriblər ki, siçanlar çox tez törəyir, onların kameralarına girir və gigiyena olmadığı üçün vəziyyət getdikcə qeyri-insani olur.

  “Saint Gilles” həbsxanasının sözçüsü Valeri Kallebayt (Valerie Callebaut) vəziyyətə nəzarət etdiklərini və gigiyena planı hazırladıqlarını söyləyib. Brüsseldəki bütün həbsxanalardan məsul Steyn van den Abelenin (Stijn van den Abeele) isə mətbuata açıqlaması maraq doğurub. O deyib: "Həbsxana heç vaxt bütün siçovulları məhv etməyəcək, çünki onlar faydalıdır. Siçanlar məhbusların tualetə atdıqları çirkli tualet kağızı və ya digər əşyaları borular vasitəsilə çəkirlər. Siçovullar olmasaydı, bütün borular tıxanardı".

  Qeyd edək ki, Belçikada həbsxanalardakı əlverişsiz şərait tez-tez ölkənin gündəminə gəlir.



Әlaqәli Xәbәrlәr