Almaniyada papanın xaçı oğurlanıb

Oğrular kilsədən də pul oğurlayıblar

2002672
Almaniyada papanın xaçı oğurlanıb

 

  2022-ci ildə Almaniyada vəfat edən Papa XVI Benediktdən miras qalan xaç oğurlanıb.

  Münhen şəhəri yaxınlığındakı Traunşteyn (Traunstein) rayonundakı Osvald (Oswald) qəsəbəsində kilsəyə girən oğrular şkafda saxlanan xaçı oğurlayıblar.

  Oğurlanan tarixi əşya ötən il vəfat edən Papa XVI Benediktin döş xaçı idi.

  XVI Benedikt papalığa başlayandan sonra kilsəyə istifadə etdiyi xaçı vəsiyyət etmişdi.

  Polis hadisə ilə bağlı şahidlərlə əlaqə saxlamağa çalışır.

  Oğrular kilsədən də pul oğurlayıblar.



Әlaqәli Xәbәrlәr