Hindistan iki ayrı kateqoriyada Ginnesin Rekordlar Kitabına düşdü

Qeyd edək ki, Hindistanda kütləvi toy mərasimləri kasıb bölgələrdə yaşayan və ailə qurmaqda maddi çətinlik çəkənlərə dəstək verən qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilir

1998780
Hindistan iki ayrı kateqoriyada Ginnesin Rekordlar Kitabına düşdü

 

  Hindistan 6 saatdan az vaxt içində kütləvi nikah mərasimində nikah bağlayan 2413 cütlə iki dünya rekordu qırdı.

  Hindistan mətbuatının yazdığına görə, mayın 26-da Racastan əyalətində kütləvi toy mərasimi keçirilib ki, burada müsəlman və hindu icmalarından 4826 nəfər 6 saatdan az bir müddətdə evlənib. Beləliklə, 2413 gənc ailə "12 saatda ən çox evlilik" və "24 saatda ən çox evlənən" adlı iki ayrı kateqoriyada Ginnes Rekordlar Kitabına düşüb.

  Racastan əyalətinin baş naziri Aşok Gehlotun (Ashok Gehlot) da iştirak etdiyi mərasimə gəlin və bəyin ailələri və yaxınları da daxil olmaqla 1 milyondan çox adam gəlib.

  Qeyd edək ki, Hindistanda kütləvi toy mərasimləri kasıb bölgələrdə yaşayan və ailə qurmaqda maddi çətinlik çəkənlərə dəstək verən qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilir.



Әlaqәli Xәbәrlәr