CAR-dakı zəlzələ Kahramanmaraşla bağlıdırmı?

Cənubi Afrika geoloqu Qideon Qrünvald (Gideon Groenewald) SABC televiziyasına verdiyi müsahibədə deyib...

1998710
CAR-dakı zəlzələ Kahramanmaraşla bağlıdırmı?

 

  İyunun 11-də Cənubi Afrika Respublikasında baş verən 5,0 bal gücündə zəlzələnin fevralın 6-da Türkiyədə Kahramanmaraş mərkəzli yeraltı təkanlarla əlaqəli ola biləcəyi fikri irəli sürülüb.

  Cənubi Afrika geoloqu Qideon Qrünvald (Gideon Groenewald) SABC televiziyasına verdiyi müsahibədə deyib: “Belə bir zəlzələnin Yohannesburq şəhərində son 6 ildə ilk dəfə baş verdi. Yer qabığındakı süxurların hərəkət etməsi bizə deməyə imkan verir ki, bu zəlzələ böyük ehtimalla Türkiyədə baş verən çox ciddi zəlzələlərlə bağlıdır. Afrika plitəsi də həmin yeraltı süxurlarla əlaqəli olduğu üçün bir az gec də olsa, indi reaksiya verə bilib.”

  Xatırladaq ki, 11 iyunda Qaitenq (Gauteng) əyalətində 5 bal gücündə zəlzələ baş verib. Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) Türkiyə vaxtı ilə saat 03:00 radələrində baş verən 5,0 bal gücündə zəlzələnin episentrinin Alberton şəhəri olduğunu açıqlayıb.

  Zəlzələdə can və mal itkisi olmayıb.



Әlaqәli Xәbәrlәr