Kurt Kobeynin sındırdığı gitara 600 min dollara satıldı
ABŞ-ın məşhur “Nirvana” rok qrupunun keçmiş solisti Kurt Kobeynin parçaladığı “Fender Stratocaster” gitarası hərraca çıxarılıb.
1989184

Yerli KİV-in məlumatına görə gitara 596 min dollara satılıb.
Alıcının kimliyi açıqlanmayıb.
Hərrac Nyu-Yorkda yerləşən “Hard Rock” kafedə keçirilib.
Xatırladaq ki Kurt Kobeyn 1990-cı illərin əvvəlində “Nevermind” albomu üzərində çalışarkən gitara parçalanıb.
Onun hissələri yenidən yığılsa da, işə yaramayıb.
Әlaqәli Xәbәrlәr

Seçici fəallığının ən yüksək olduğu ölkələr
OECD və Beynəlxalq Demokratiya və Seçkilərə Yardım İnstitutunun (İDEA) birgə məlumatına görə...