Süni intellektli robotdan Şumaxerin müsahibəsi alındı və...

"Die Aktuelle" yurnalının bağlı olduğu “Funke” qrupunun verdiyi açıqlamada “müsahibə dərc edilməməliydi” deyə bildirilib və...

1978339
Süni intellektli robotdan Şumaxerin müsahibəsi alındı və...

 

  Almaniyada çıxan həftəlik "Die Aktuelle"nin 15 aprel sayı ölkə gündəmindədir.

  Jurnal üz qabığında əfsanəvi 7 qat dünya çempionu, “Formula 1”in məhşur sürücüsü Mixael Şumaxerin (Michael Schumacher) şəklini qoyub və fotonun üzərinə “İlk müsahibə” sözlərini yazıb. “Həyatım dəyişdi” başlığı ilə çıxan müsahibə süni intellektli robotdan istifadə edilərək hazırlanıb. Yazı böyük əks-səda doğurub. Xüsusilə, 2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən qəza keçirib ağır yaralanan 54 yaşlı pilotun ailəsi çox qəzəblənib. Ölümdən dönən alman pilotun səhhətini gizli saxlayan ailə işi məhkəməyə verəcəklərini söyləyib.

  "Die Aktuelle" yurnalının bağlı olduğu “Funke” qrupunun verdiyi açıqlamada “müsahibə dərc edilməməliydi” deyə bildirilib və Şumaxerin ailəsindən üzr istənilib. Qeyd olunub ki, 2009-cu ildən jurnalın baş redaktoru vəzifəsində çalışan Enn Hoffman (Anne Hoffmann) bununla əlaqədar olaraq vəzifəsindən azad edilib.



Әlaqәli Xәbәrlәr