Maya sivilizasiyası dövrünə aid tapıntı aşkar edilib

Meksika Antropologiya və Tarix İnstitutunun (INAH) məlumatına görə, tapıntı Çiçen İtza arxeologiya sahəsində aparılan qazıntılar zamanı aşkar edilib.

1973767
Maya sivilizasiyası dövrünə aid tapıntı aşkar edilib

Meksikalı arxeoloqlar Maya sivilizasiyası dövründə top oyunu üçün istifadə edilən hesab daşı aşkar ediblər.
Meksika Antropologiya və Tarix İnstitutunun (INAH) məlumatına görə, oyunda hesabı göstərən daş Çiçen İtza arxeologiya sahəsində aparılan qazıntılar zamanı aşkar edilib.
Aşkar edilən daşda iki oyuncuya aid boşluqlar var.
Mütəxəssislər sözügedən tapıntının eramızın 8 və ya 9-cu əsrinə aid olduğunu bildirirlər.



Әlaqәli Xәbәrlәr