Yolda rəngini dəyişə bilən avtomobil təqdim edildi

Bu yeniliklərin son məqsədi insanın bütün fərdi xüsusiyyətlərini nəzərə alan və avtomobili idarə edərkən ona hərtərəfli yardım göstərə biləcək universal sürücü köməkçisi yaratmaqdır

1943368
Yolda rəngini dəyişə bilən avtomobil təqdim edildi

 

  “BMW” şirkəti “Vision Dee" prototip avtomobilini təqdim edib.

  Xüsusi örtüyün olması səbəbindən avtomobil, hətta yolda olarkən rəngini geniş diapazonda dəyişə bilir. Bundan əlavə, bu konsept bir sıra yeni rəqəmsal texnologiyaları, o cümlədən sürücü üçün faydalı olan məlumatı ön şüşəyə proyeksiya edir.

  Ümumilikdə isə “Vision Dee” göy qurşağının bütün əsas rənglərini avtomobil sahibinin istəyi ilə dəyişə bilər.

  Bu yeniliklərin son məqsədi insanın bütün fərdi xüsusiyyətlərini nəzərə alan və avtomobili idarə edərkən ona hərtərəfli yardım göstərə biləcək universal sürücü köməkçisi yaratmaqdır.



Әlaqәli Xәbәrlәr