Dünyanın ən uzun bageti
140,53 metrlik çörək "Dünyanın ən uzun baget" rekordunu qıraraq "Ginnes" rekordlar kitabına düşüb
2136137
![Dünyanın ən uzun bageti](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/03fb/c78a/f750/5a59cb293624c.jpg?time=1722043081)
Dünyanın ən uzun baget rekordu Fransada yenilənib. Yerli mətbuatın yazdığına görə, paytaxt Paris yaxınlığındakı Suernesdə keçirilən tədbirdə fransalı çörəkçilər “Dünyanın ən uzun bageti”ni bişiriblər.
140,53 metrlik çörək "Dünyanın ən uzun baget" rekordunu qıraraq "Ginnes" rekordlar kitabına düşüb.
Bagetin bir hissəsi dilimlənərək xalqa təqdim edilib, qalanı evsizlərə paylanılıb.
Qeyd edək ki, əvvəlki "Dünyanın ən uzun baget" rekordu 2019-cu ildə 132,62 metr uzunluğu ilə İtaliyada qeydə alınmışdı.
Әlaqәli Xәbәrlәr
![16 böcək növü qida üçün təsdiq edildi](http://cdn.trt.net.tr/images/medium/rectangle/9acf/eed3/4523/668be0220b246.jpg?time=1722043081)
16 böcək növü qida üçün təsdiq edildi
Ölkədəki restoranlar öz menyularına 16 həşərat növünün hamısını əlavə edə biləcəklər