Gürcüstan məktəblərində maraqlı vəziyyət
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb

Gürcüstan məktəblərində maraqlı vəziyyət yaranıb. Məktəblərdə müəllim və şagirdlərin sayı ilə bağlı aparılan araşdırmalar zamanı maraqlı faktlar ortaya çıxıb. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Gürcüstanda 2 məktəbin hər birində bir şagird təhsil alır.
Gürcüstanın Duşeti rayonunun Çarğalı kəndindəki ictimai məktəbdə 7 müəllim və 1 şagird, Kaspi rayonunun Qudaleti kəndindəki ictimai məktəbdə isə 4 müəllim və 1 şagird var.
Bundan başqa, ölkə ərazisində daha 4 kənddəki məktəblərin hər birində 2 şagird, 9 məktəbdə 3 şagird, 6 məktəbdə 4 şagird, 8 məktəbdə isə 5 şagird təhsil alır.
Ümumiyyətlə isə Gürcüstanda 288 məktəbdə 1-dən 30-dək şagird təhsil alır.
Qeyd edək ki, Gürcüstanda 2085 məktəb var ki, bunlardan 116-sı Azərbaycan məktəbidir.
Məktəblərdə 632 min 726 şagird təhsil alır.
Gürcüstanda orta təhsil 12 illikdir.
Әlaqәli Xәbәrlәr

Gündə ən azı bir fincan qəhvə içmək daha az yuxuya səbəb ola bilər
Gündə ən azı bir fincan qəhvə içmək daha çox hərəkətə və daha az yuxuya səbəb ola bilər.

Fransada sosial media istifadəsi qadağa edildi
Fransada “TikTok”, “Twitter” və “Instagram” kimi “əyləncə” proqramlarından istifadə qadağan edilib.