“Covid-19” qrip kateqoriyasına salınmaqdadır?

Yaponiya mediası xəbər verir ki...

1933900
“Covid-19” qrip kateqoriyasına salınmaqdadır?

 

  Yaponiya hökuməti mütəxəssislərin köməyi ilə “Covid-19” infeksiyasının statusunu dəyişərək onu mövsümi qripə uyğun kateqoriyaya keçirməyin perspektivini araşdırır.

  Yaponiya mediası xəbər verir ki, bunu ölkənin səhiyyə, əmək və rifah naziri Katsunobu Kato Tokioda təşkil olunan mətbuat konfransında deyib.

  Hazırda Yaponiyada yoluxucu xəstəliklərin ikinci kateqoriyasında yer alan “Covid-19” infeksiyasına yoluxanlar tamamilə dövlət hesabına müalicə olunur. Koronavirusun mövsümi virus xəstəliklərini əhatə edən beşinci kateqoriyaya endirilməsindən sonra müalicə və peyvənd xərclərini dövlət deyil, xəstənin özü ödəyəcək. Belə dəyişikliklər edilərsə, “Covid-19” peyvəndi də ödənişli olacaq.

  Amma Yaponiyada koronavirusa yoluxma hallarının yüksək səviyyəsi hələlik belə qərarların qəbuluna maneə törədir. Eyni zamanda, 2022-ci ilin dekabrından başlayaraq “Covid-19” infeksiyasından ölüm hallarında artım müşahidə edilir. Ötən ayın ortalarından bəri koronavirusa yoluxan 10 minə yaxın insan həyatını itirib. Bu pandemiya dövründə qeydə alınan ölüm hallarının təxminən 16 faizidir.

  Qeyd edək ki, Yaponiyada əhalinin 80 faizdən çoxu koronavirusa qarşı ən azı iki doza ilə peyvənd olunub.



Әlaqәli Xәbәrlәr