Paris bir günlüyünə nəfəs alıb

Fransanın paytaxtı Paris 8-ci dəfə keçirilən "Paris nəfəs alır" tədbiri çərçivəsində gün ərzində nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

1881619
Paris bir günlüyünə nəfəs alıb

Fransanın paytaxtı Paris 8-ci dəfə keçirilən "Paris nəfəs alır" tədbiri çərçivəsində gün ərzində nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

Paris Bələdiyyəsinin saytında yer alan məlumata görə, bu il 8-ci dəfə keçirilən “Paris nəfəs alır” tədbiri çərçivəsində şəhər yerli vaxtla saat 11:00-18:00 arasında avtomobillərin hərəkətinə bağlanıb.

Skuterlər, diyircəkli konki və skeytbordlu gənclər qaçış və gəzinti ilə avtomobilsiz küçələrdə əyləniblər.

Parisdə qadağaya əməl etməyən sürücülərin 135 avro məbləğində cərimələnəcəyi açıqlanıb.

İctimai nəqliyyat, taksi və təcili yardım avtomobillərinin sürücüləri bu tədbirdən kənar tutulub, lakin nəqliyyatda icazə verilən sürət həddi azaldılıb.



Әlaqәli Xәbәrlәr