İstanbuldan Mançesterə uçan təyyarədə körpə doğuldu

Türk Hava Yollarının (THY) İstanbul-Mançester reysi ilə uçan nigeriyalı sərnişin doğuş edib.

1876246
İstanbuldan Mançesterə uçan təyyarədə körpə doğuldu

Türk Hava Yollarının (THY) İstanbul-Mançester reysi ilə uçan nigeriyalı sərnişin doğuş edib.

Təyyarədə həkim və kabin heyətinin köməyi ilə həyata keçirilən doğuşda qız uşağı dünyaya gəlib.

THY-nin "TK-1991" reysi ilə Mançesterə uçan nigeriyalı sərnişin Nveke İfeomanın uçuş zamanı doğuş sancıları artıb.

Kabin heyəti sərnişini təyyarədə müvafiq hissəyə apararaq doğum hazırlığına başlayarkən, eyni vaxtda təyyarədə həkim anonsu da edilib.

Qadın sərnişin təyyarədə olan həkim və kabin heyətinin köməkliyi ilə qız uşağı dünyaya gətirib.

Körpənin kordonu kabin heyəti tərəfindən kəsildikdən sonra təyyarə Vyana hava limanına məcburi eniş edib. Buradakı həkim qruplarına təhvil verilən sərnişin və körpə xəstəxanaya aparılıb.



Әlaqәli Xәbәrlәr