Dünya üzrə tibb müəssisələrində ləvazimat təminatı hansı səviyyədədir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) hazırladığı birgə hesabatda xəstəxanalar, klinikalar və digər tibb müəssisələrinin gigiyena vəziyyəti ilə bağlı hesabat paylaşılıb

1873841
Dünya üzrə tibb müəssisələrində ləvazimat təminatı hansı səviyyədədir?

 

  Dünya üzrə tibb müəssisələrinin yarısında sadə gigiyenanı belə təmin edən ləvazimat yoxdur.

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNICEF) hazırladığı birgə hesabatda xəstəxanalar, klinikalar və digər tibb müəssisələrinin gigiyena vəziyyəti ilə bağlı hesabat paylaşılıb.

  Hesabatda toplanan məlumatlara görə, tibb müəssisələrinin 68 faizində - xəstələrə qulluq edilən məntəqələrdə, 65 faizində yalnız tualetlərdə əl təmizləmə ləvazimatı var, 51 faizi isə heç bir gigiyena meyarlarına cavab vermir. Bu isə dünyada hər 10 tibb müəssisəsindən birində sadə gigiyena xidmətinin olmaması deməkdir.

  Gigiyena ləvazimatının çatışmazlığı daha çox inkişaf etməmiş ölkələrdə müşahidə olunur və bu yerlərdəki tibb müəssisələrinin yalnız 53 faizində içməli və təmiz su var.



Әlaqәli Xәbәrlәr