Avropa İttifaqının “Ən çirkli ölkəsi”

Avrostat biznes fəaliyyətinin bərpası ilə bağlı istixana qazları emissiyalarının artımını qeyd edib

1781509
Avropa İttifaqının “Ən çirkli ölkəsi”

 

  Avropa İttifaqının (Aİ) Statistika Agentliyi (Avrostat) Bolqarıstanı ittifaqın ekoloji baxımdan ən çirkli ölkəsi adlandırıb. Bu barədə agentliyin saytında məlumat yerləşdirilib.

  Avrostat biznes fəaliyyətinin bərpası ilə bağlı istixana qazları emissiyalarının artımını qeyd edib. Bolqarıstan artımın lideri olub: onun emissiyalarının həcmi ötən illə müqayisədə 22,7 faiz artıb. Ondan sonra 16,2 faiz artım Latviya və 13,1 faiz Yunanıstanda qeydə alınıb. Sloveniya, Lüksemburq və Hollandiyada emissiyalar 2020-ci ilin üçüncü rübü ilə müqayisədə azalıb.

  Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Aİ siyasətçiləri bu onillikdə istixana qazı emissiyalarının azaldılması və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün hədəflər üzrə ikinci təkliflər paketini təqdim ediblər. Hədəfi yerinə yetirmək üçün Avropa İttifaqı 2030-cu ilə qədər təmiz istixana qazı emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 55 faiz azaltmalıdır.



Әlaqәli Xәbәrlәr