1306 ayaqlı qırxayaq kəşf edilib

Avstraliyalı alimlər 1306 ayaqlı qırxayaq kəşf edərək rekord qırıblar.

1749040
1306 ayaqlı qırxayaq kəşf edilib

Avstraliyalı alimlər 1306 ayaqlı qırxayaq kəşf edərək rekord qırıblar.

Alimlər Qərbi Avstraliyada mədən sahəsində təxminən 60 metr yerin altında solğun rəngli, 95 mm uzunluğunda, 1306 ayağı olan qırxayaq aşkar ediblər.

"Eumillipes Persephone" qırxayaq növüdür və alimlər bu növlərdən dördünü tədqiq ediblər.

Araşdırmalara görə, yetkin dişilərdən birinin 1306 ayağı, digərinin isə 998 ayağı var idi. İki yetkin erkəkdən birinin 818 ayağı, digərinin isə 778 ayağı var idi.

1306 ayağı olan bu qırxayaq dünyada ilkdir və rekorddur.

400 milyon il əvvəl mövcud olan qırxayaqların bu gün 13 minə yaxın növü var.

Əvvəlki rekord 750 ayağı olan "Illacme plenenes" adlı Kaliforniya qırxayağı növü idi.



Әlaqәli Xәbәrlәr