Hər gün 2000-dən çox insanı pulsuz yeməklə təmin edir

Hindistanın ən yüksək mülki mükafatı olan “Padma Şri” mükafatına layiq görülənlər arasında Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutunun (PGİMER) həyətində yüzlərlə yoxsul xəstə və ziyarətçiyə hər gün pulsuz yemək verən Caqdiş Lal Ahucanın da adı var

1732444
Hər gün 2000-dən çox insanı pulsuz yeməklə təmin edir

 

  Hindistanın ən yüksək mülki mükafatı olan “Padma Şri” mükafatına layiq görülənlər arasında Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutunun (PGİMER) həyətində yüzlərlə yoxsul xəstə və ziyarətçiyə hər gün pulsuz yemək verən Caqdiş Lal Ahucanın da adı var.

  Hindistanın Azərbaycandakı Səfirliyindən bildirilib ki, Caqdiş Lal Ahuca, həmçinin xəstələri maddi yardımdan tutmuş yorğan-döşək, geyim və digər yardımlarla da dəstəkləyib. O, 1980-ci illərdə pulsuz yemək paylamağa başlayıb. 2000-ci ildən isə  bunu Tibb Təhsili və Tədqiqat Aspirantura İnstitutunun həyətində həyata keçirən Ahuca hər gün 2000-dən çox insanı yeməklə təmin edir.

  Hindistana əliboş gəlmiş milyonçu öz missiyasını həyata keçirmək üçün dəyəri milyonlarla olan mülklərini satıb və hətta mədə xərçəngindən əziyyət çəkməsinə baxmayaraq, bu gün də insanlara xidməti sürdürür.

  Pakistanın Pişəvər şəhərində anadan olmuş Caqdiş Lal Ahuca gənc yaşlarından ailənin yeganə təminatçısı olub. Bildirdiyinə görə, o, yardım etdiyi uşaqların gözü ilə öz itirilmiş uşaqlığını axtarır.

  Qeyd edək ki, Hindistan prezidenti Ram Nat Kovind Prezident Sarayında keçirilmiş Mülki Vəzifəyə Təyinetmə Mərasimində 2021-ci il üçün “Padma Vibhuşan”, “Padma Bhuşan” və “Padma Şri” mükafatlarını 119 nəfərə təqdim edib.



Әlaqәli Xәbәrlәr