Yaponiyada intihar hallarının sayı artıb

Qeyd edək ki, 2019-cu ildə Yaponiyada bu statistikanın aparılmağa başladığı 1978-ci ildən bəri ən az intihar halı qeydə alınmışdı

1728217
Yaponiyada intihar hallarının sayı artıb

 

  Yaponiyada 2020-ci ildə intihar hallarının sayı son 11 ildə koronavirus pandemiyasının yaratdığı problemlərə görə ilk dəfə artıb. Bu barədə noyabrın 2-də Nazirlər Kabinetinin təsdiq etdiyi hesabatda bildirilib. Sənəddə qeyd edilir ki, ötən il ölkə üzrə 21 mindən çox insan həyatına qəsd edib. Bu, əvvəlki illə müqayisədə 912 nəfər çoxdur.

  Yaponiyada intihar edənlər arasında işləyən qadınların böyük üstünlük təşkil etdiyi xüsusi vurğulanır. Onların əksəriyyətinin hökumət tərəfindən tətbiq edilən karantin məhdudiyyətlərinə görə ixtisar nəticəsində iş yerlərini itirənlər olduğu bildirilir.

  Qeyd edək ki, 2019-cu ildə Yaponiyada bu statistikanın aparılmağa başladığı 1978-ci ildən bəri ən az intihar halı qeydə alınmışdı. Özünəqəsd edənlərin sayı son 10 ildə ardıcıl şəkildə azaldığı halda, koronavirus pandemiyası bu müsbət tendensiyaya son qoyub.



Әlaqәli Xәbәrlәr