Şəkərli qida məhsullarının reklamlarına qadağa

Ölkənin istehlak naziri Alberto Qarzon deyib...

1726392
Şəkərli qida məhsullarının reklamlarına qadağa

 

  İspaniyada solçu koalisiya hökuməti 16 yaşından kiçiklərə yönəlik şəkərli qida məhsullarının reklamlarının 2022-ci ildən etibarən qadağan ediləcəyini bildirib.

  Ölkənin istehlak naziri Alberto Qarzon təşkil edilən mətbuat konfransında internet, kino salonları, radio və televiziyalarda 16 yaşdan aşağı uşaqlar üçün biskvit, dondurma, şəkərli və ya bol kalorili meyvə suları kimi qida məhsullarının reklamlarının gələn ildən qadağan olunacağını söyləyərək deyib: “Ümumdünya Səhiyyə Təşkilatı, Milli Bazarlar və Rəqabət Komissiyası ilə lazımlı görüşlər tamamlandı. İspaniyada həddindən artıq kilolu nisbəti 23,3, obezite 17,3 faizdir. 6-9 yaş arası uşaqlar üçünsə bu faiz 40-ı keçir. Bunlar narahatverici rəqəmlərdir."

  Qeyd edək ki, İspaniyada sentyabr ayında yayılan bir araşdırmada uşaqlara yönəlik hər 10 televiziya reklamından 9-unun sağlam bəslənmə qaydalarını pozduğu yazılıb.



Әlaqәli Xәbәrlәr