Dünyanın ən gözəl sarayları
"money.co.uk" internet saytının apardığı araşdırmaya görə...

İngiltərədə bir araşdırmada İstanbuldakı Topkapı Sarayı "Dünyanın ən gözəl sarayı" seçildi.
1) "money.co.uk" internet saytının apardığı araşdırmaya görə, Topkapı Sarayı dünyanın dörd bir tərəfindəki bir-birindən məşhur sarayları geridə buraxaraq "Ən gözəl saray" adına sahib olub.
Hər il milyonlarla turisti qarşılayan Topkapı Sarayının qızıl nisbət hesablamasında yalnız 3 faizlik bir sapma olduğu bildirilib.
Yüzlərlə illik tarixi ilə İstanbul tarixinin və siluetinin ayrılmaz bir parçası olmağa davam edən Topkapı Sarayı riyazi hesablamalar işığında əldə edilən qızıl nisbətinə görə, az qala qüsursuz bir tikinti olaraq qəbul edilir.
2) Dünyanın ən gözəl sarayları araşdırmasında ikinci sırada Hindistanın məşhur Maysor (Mysor) sarayıdır.
3) Siyahının 3-cüsü Çinin paytaxtı Pekində olan məşhur "Qadağan şəhər",
4) dördüncüsü, Avstriyanın paytaxtı Viyanadakı məşhur Şörbrun (Schönbrunn) sarayı,
5) beşinsici, Almaniyanın Bavyera əyalətindəki Noyşvanştayn (Neuschwanstein) qalasıdır.
6) Yaponiyanın paytaxtı Tokiodakı İmperatorluq sarayı,
7) Fransadakı Şambor (Chateau da Chambord) iqamətgahı,
8) Vatikandakı Papalıq Sarayı,
9) İngiltərə kral ailəsinin yaşadığı Kensinqton sarayı da siyahıda yer alır.
Әlaqәli Xәbәrlәr

Seçici fəallığının ən yüksək olduğu ölkələr
OECD və Beynəlxalq Demokratiya və Seçkilərə Yardım İnstitutunun (İDEA) birgə məlumatına görə...