Qadın adasında Roma gəmisi tapıldı

Kəşf Sicilya alimləri tərəfindən son illərin ən mühüm arxeoloji tapıntılarından biri adlandırılıb

1681911
Qadın adasında Roma gəmisi tapıldı
antik gemi.jpg

 

  Aralıq dənizində Palermo sahillərində eramızdan əvvəl II əsrə aid antik Roma gəmisi tapılıb.

  Siciliya sahillərində olan antik Roma gəmisi İsola delle Femmine (Qadın adası) qəsəbəsi yaxınlarında, okeanın 92 metr (302 ft) dərinliyində olan dənizaltı robot tərəfindən göstərilib.

  Kəşfiyyat səfərinə başlayan Siciliya bölgəsinin dəniz qrupu rəhbəri Valeriya li Vinyi (Valeria Li Vigni) sözügedən mövzu ilə bağlı deyib: "Aralıq dənizi tariximizə yenidən baxış üçün bizə davamlı olaraq qiymətli maretiallar verir. Artıq gəmidəki və sahildəki həyat arasındakı əlaqələr haqqında daha çox məlumat qazanacağıq".

  Kəşf Sicilya alimləri tərəfindən son illərin ən mühüm arxeoloji tapıntılarından biri adlandırılıb. Tapıntılar Romanın Aralıq dənizindəki qədim ticarət əlaqələrinə də işıq tutacaq.



Әlaqәli Xәbәrlәr