Kəpənəklər Vadisi

Türkiyənin Konya rayonunun Kəpənək Vadisi 12 min kəpənəyi və 250 min çiçəyi ilə gələnlərin zövqünü oxşayır

1681117
Kəpənəklər Vadisi

 

  Türkiyənin Konya rayonunun Kəpənək Vadisi 12 min kəpənəyi və 250 min çiçəyi ilə gələnlərin zövqünü oxşayır.

  Kəpənəklər Vadisi parkının içində 8700 kvadratmetr ərazidə inşa edilən Səlcuqlu gül bağçası 9 növdən ibarət 250 min çiçəklə sanki görüntülü bir qonaqlıq verir.

  Səlcuqlu Bələdiyyəsi tərəfindən vadidə inşa edilmiş və 7 iyunda istifadəyə verilən Səlcuq çiçək baxçası özünəməxsus tərtibatı ilə insanı cəlb edir.

  250 min çiçəkli gül bağçasında çardaqlar, müşahidə təpəsi, uşaq meydançaları və suvenir guşəsi var. Bağ həm də həvəskar və peşəkar fotoqrafçılar üçün təbii bir studiyadır.

  Səlcuqlu çiçək bağçası bazar ertəsindən başqa hər gün Türkiyə vaxtı ilə 12.00 - 20.00 arasında pulsuz gəzilə bilir.



Әlaqәli Xәbәrlәr