Böyük Pandalar ‘nəsli kəsilməkdə olan növlər’ təsnifatından çıxarıldı

Çin hökuməti, Böyük pandaları ‘nəsli kəsilməkdə olan növlər’ təsnifatından çıxarıldığını açıqladı.

1672700
Böyük Pandalar ‘nəsli kəsilməkdə olan növlər’ təsnifatından çıxarıldı

TRT-nin, İngilis veriliş orqanı BBC-yə istinad etdiyi xəbərə görə Çin Ekologiya və Ətraf Mühit Nazirliyi yanında Təbiət və Ekologiyanı qoruma Departamentinin rəhbəri Cui Şuhonq mətbuat konfransında bu barədə danışıb. O qeyd edib ki, Böyük Pandalar bundan sonra “həssas növlər” kateqoriyasında qəbul ediləcək. Cui Şuhonq, təbii qoruma sahələrində yaşayan pandaların sayının 1800-ə çatmasını belə bir qərarın qəbul edilmisində təsirli olduğunu bildirib.

Qeyd edək ki, İsveçrənin ev sahibliyi etdiyi Beynəlxalq Təbiəti Qoruma Birliyi (IUCN), 2016-cı ildə Böyük pandaları “nəsli kəsilməkdə olan növlər” təsnifatından çıxarıb və “həssas növlər" kateqoriyasına daxil edib.

 



Әlaqәli Xәbәrlәr