ABŞ-da 8 aylıq körpəyə Kovid-19 əleyhinə peyvənd vuruldu

Amerika Birləşmiş Ştatlarının (ABŞ) New York ştatında 8 aylıq körpəyə iki dozalı “Pfizer-BionTech” peyvəndi vuruldu.

1645178
ABŞ-da 8 aylıq körpəyə Kovid-19 əleyhinə peyvənd vuruldu

 

Körpə Enzo Mincolla dünyada Kovid-19 əleyhinə peyvənd vurulan ən kiçik insan oldu.

Peyvənd, ailəsinin razılığı ilə, dövlət universiteti tərəfindən aparılan klinik sınaqlar çərçivəsində tətbiq edilib. Valdeyni həkim olan Enzoda peyvəndə qarşı mənfi reaksiya müşahidə olunmadığı və sağlamlıq vəziyyətinin normal olduğu qeyd edilib.

Körpənin atası Mike Mincello övladına Kovid-19 əleyhinə peyvənd vurulması ilə əlaqəli açıqlamasında: “Peyvəndin ilk mərhələ sınaqlarından bəri elmi araşdırmaları yaxından izlədiyim üçün tətbiqə dair tərəddüd etmədim. Həyat yoldaşı Marissa da peyvəndin təhlükəsizliyi ilə əlaqədar digər ailələrə nümunə olacaqlarına bu qərarlarının digər uşaqların peyvənd vurulmalarında ailələrin qərarlarına töhfə verəcəyinə inandığının bildirib.

Xatırladaq ki, ABŞ-da yerləşən əczaçılıq şirkəti Pfizer, 25 Martda Alman ortağı BioNTech ilə birgə yaydığı açıqlamada 6 aydan 11 yaşa qədər olanlar üçün Kovid-19 əleyhinə peyvənd sınaqlarına başladığını bildirdi.



Әlaqәli Xәbәrlәr