Misirdə kralları bir yerə toplayan ilk parad

Parad "Qızıl səfər" adlandırılıb

1614204
Misirdə kralları bir yerə toplayan ilk parad

 

  Misir martın 3-ü axşamçağı tarixində ilk dəfə 22 mumiyanı paradla apardı.  

  Parad Misir vaxtı ilə 3 mart saat 18.00 ilə 20.30 arasında reallaşdırılıb. 12.00 - 21.00 arası Qahirənin yolu tamamilə maşın və piyada gediş-gəlişinə bağıanılıb.

  Misir dövlət qəzeti “Ahbar el-Yevm”də çıxan xəbərə görə, "Qızıl səfər" adlandırılan paradda aralarında II Ramzesin də olduğu 18 kral və 4 kraliçanın mumiyası Qahirə Misir Muzeyindən Fustat şəhərindəki Misir Milli Sivilizasiya Muzeyinin sərgi mərkəzinə antik Misir tərzində dekorasiyaya edilmiş karvanla daşınıb.  

  Antik hökmdarların əzəmətinə uyğun olaraq parad 21 top salamı ilə başlayıb. Təhrir meydanı yanından Nil çayı boyu gedən paradı Misir prezidenti Əbdülfəttah əl-Sisi qarşılayıb və salamlayıb. Sonra parad Misir Milli Sivilizasiya Muzeyinə doğru hərəkət edib.

  Mumiyalar 60 motosikl, 150 at və tanınmış Misir maestrosu Nadir Abbasın rəhbərlik etdiyi fironların musiqi ansamblının müşayətilə aparılıb.

  Misirin 12 yüksək dövlət nümayəndələrinin iştirak etdiyi 40 dəqiqəlik tədbir dünyanın hər yerindən 200-dən çox televiziya kanalı tərəfindən yayımlanıb.

  Misir Milli Sivilizasiya Muzeyi İdarə Heyətinin sədri Əhməd Qanim bunun Misir tarixində kralları bir yerə toplayan ilk parad olduğunu deyib.

  Misir Turizm Nazirliyinin məlumatına görə, sözügedən mumiyalar 1871 və 1898-ci illərdə Misirin cənubunda iki qrup halında tapılıb.



Әlaqәli Xәbәrlәr