Frankonun son heykəli də belə getdi

İspaniyanı 40 ilə yaxın diktatura rejimilə idarə etmiş Fransisko Frankonun (Francisco Franco) son heykəli də götürülərək anbara qoyuldu

1590430
Frankonun son heykəli də belə getdi

 

  2007-ci ildə İspaniyada qəbul edilən “Tarixi yaddaş” qanununa əsasən, Frankonun ölkədəki bütün heykəlləri götürülür və adı hər yerdən silinir. Bu çərçivədə son addım İspaniyanın Afrikadakı muxtar ərazisi olan Melillada atılaraq 1978-ci ildə (Frankonun ölümündən üç il sonra) şəhərə qoyulmuş heykəl də qaldırılıb. Bu heykəl 1920-ci il Rif müharibəsi dövründə İspaniya legionuna komandanlıq edən Frankonun öhdəçilik simvolu olaraq qoyulmuşdu.

  Qeyd edək ki, İspaniya hökuməti, qanuna əsasən, 2020-ci ilin sentyabr ayında keçmiş diktatorun yay sarayını da varislərindən geri alıb.



Әlaqәli Xәbәrlәr