Atlantik okeanını qayıqda üzüb keçən ən gənc qadın

Britaniyalı 21 yaşlı Jasmin Harrison Atlantik okeanını qayıqla üzüb keçən ən gənc qadın olub.

1588235
Atlantik okeanını qayıqda üzüb keçən ən gənc qadın

Sputnik bu barədə məlumat yayıb. Üzgüçülük Müəlliməsi və eyni zamanda barda işləyən qız ötən ilin dekabr ayında Kanar adalarındakı La Gomeradan ayrıldıqdan sonra səyahətə başlayıb. Onun Antiquaya çatması 70 gün 3 saat 48 dəqiqə davam edib.

Harrisson qeyd edib ki, qayıqda 4 828 kilometr (3 000 mil) üzüb. Onun sözlərinə görə, səyahət "yaxşı və pis xatirələr"lə yadında qalacaq.

Qeyd edilir ki, müəllimə yolda bir sıra problemlərlə qarşılaşıb. Harrisonun qayığı fevralın əvvəlində çevrilib. İki gün əvvəl bu hadisə yenidən baş verib, buna görə də qızın dirsəyi xəsarət alıb.

 



Әlaqәli Xәbәrlәr