Nar şirәsinin ömrü uzatdığını bilirsinizmi?

Bu barədə İngiltәrәnin “Express” nəşri mәlumat yayıb.

1569044
Nar şirәsinin ömrü uzatdığını bilirsinizmi?


Alimlәr  insan ömrünü uzadan meyvə şirəsini müəyyən ediblər.

Bu barədə İngiltәrәnin “Express” nəşri mәlumat yayıb.

Aparılan araşdırmalara әsasәn, nar şirəsi nəinki ömrü uzadır, eyni zamanda xərçəngin yaranma riskini də azalda bilər.

Milçəkləri üzərində aparılan təcrübə nəticəsində məlum olub ki, nar şirəsi erkək milçəyin ömrünü 18 faiz, dişi milçəyin ömrünü isə 8 faiz artırmasına kömək edir.

Bu şirəni içən milçәklәrin  gün ərzində fiziki cəhətdən daha aktiv olduqları da qeyd olunub.

Alimlәr qeyd ediblәr ki, nar şirәsindә  hüceyrələrdəki mitokondrialın funksiyanı yaxşılaşdıran urolitin A adlı maddə mövcuddur.

Mitokondrialın funksiyasının yaxşılaşması isə bədənin qocalma prosesini ləngitməyə kömək edir. Bundan əlavə, nar şirəsi ürək xəstəlikləri riskini də azaldır.

Hәkimlәr hәr gün nar şirәsi içmәyi tövsiyyә edir.

Qeyd edәk ki, nar şirәsi hәmçinin  ürək xəstəlikləri riskini də azaldır.





 



Әlaqәli Xәbәrlәr