Dünyanın ən varlı 500 insanı

Cari ildə dünyanın ən varlı 500 insanının 2020 ümumi varidatı 1,8 trilyon dollar artıb.

1556517
Dünyanın ən varlı 500 insanı

Cari ildə dünyanın ən varlı 500 insanının 2020 ümumi varidatı 1,8 trilyon dollar artıb.

"Bloomberg" milyarderlər indeksinə əsasən, dünyanın ən varlıları yeni növ koronavirusun (Vocid-19) kölkəsində keçən 2020-ci ildə varidatlarına varidat qatıblar.

2021-ci ilin ilk günündə aktual hala gətirilən siyahıya görə, "Covid-19" epidemiyasına baxmayaraq 2020-ci ildə milyarderlər siyahısına daxil olanların varidatlarındakı cəmi artım 31 fazə çıxıb. Bu artımın 8 ildir yayılan indeksin tarixindəki ən yüksək artım olduğu qeyd edilib.

İlk 5 adın 100 milyard dollardan çox sərvətə sahib olduğu siyahıda “Amazon” kompaniyasının rəhbəri Ceff Bezos 190, “Tesla” və “Space X” kimi şirkətlərinin təsisçisi İlon Mask (Elon Musk) 170, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts 132, fransız iş adamı Birnard Arnault 114 və "Facebook"un qurucusu Mark Zukerberq isə 104 milyard dollarlıq sərvətə sahibdir. 

Siyahının ilk 10 yerini tutanlardan 8-nin texnologiya şirkətlərinə sahib olması diqqət çəkir. Bezos ilə Maskın son 12 aylıq dövrdə sərvətlərinə cəmi 217 milyard əlavə etdikləri də müşahidə olunur.



Әlaqәli Xәbәrlәr