Türk menecer "Volkswagen" İdarə Heyətinin üzvü olub

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" "BMW"-dən transfer etdiyi türk menecer Murat Akseli direktorlar şurasına təyin etdiyini açıqlayıb.

1545839
Türk menecer "Volkswagen" İdarə Heyətinin üzvü olub

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" "BMW"-dən transfer etdiyi türk menecer Murat Akseli direktorlar şurasına təyin etdiyini açıqlayıb.

"Volkswagen Group" tərəfindən verilən açıqlamada Akselin 1 yanvar 2021-ci ildən etibarən minik avtomobillərinin satın alınmasından məsul idarə heyəti üzvü olaraq fəaliyyət göstərməyə davam edəcəyi elan edilib.

Bu qərarla Aksel "Volkswagen"in İdarə Heyətinə seçilən ilk türk mənşəli icraçı oldu.

1972-ci il təvəllüdlü Aksel Almaniyanın Kaiserslautern Universitetinin Sənaye Mühəndisliyi Bölməsini bitirib.

İş həyatına 1998-ci ildə "Opel"in Rüsselsheimdəki mənzil-qərargahında alış şöbəsində başlayan Aksel 2001-ci ildə məsul menecer olaraq "General Motor" və "Fiat" keçib.

2008-ci ildə "General Motor"un elektrikli nəqliyyat vasitələri və güc nəqli mexanizmindən məsul icraçı vəzifəsində Çinə gedib.

Bir il sonra Almaniyanın lüks avtomobil istehsalçısı "BMW"-yə tədarük və satışdan məsul menecer olaraq transfer olub.



Әlaqәli Xәbәrlәr