Karantindən sıxılan adam evinin altında 120 yaşlı bir tunel tapdı

Plimut (Plymouth) şəhərində yaşayan Ceyk Braun (Jake Brown) yeni növ korona virusuna (Covid-19) qarşı mübarizə tədbirləri çərçivəsində daim evində oturduğu üçün bəzi dəyişikliklər etmək qərarına gəlib...

1411232
Karantindən sıxılan adam evinin altında 120 yaşlı bir tunel tapdı

 

  İngiltərədə karantin altında qalan adam sıxıldığından evinin altında 120 yaşlı bir tunel tapıb.

  Plimut (Plymouth) şəhərində yaşayan Ceyk Braun (Jake Brown) yeni növ korona virusuna (Covid-19) qarşı mübarizə tədbirləri çərçivəsində daim evində oturduğu üçün bəzi dəyişikliklər etmək qərarına gəlib. Divarlardan birinin hörülməsinin fərqli olduğuna diqqət edən Ceyk həmin yeri döyəcləyir, dəlir və divarın arxasında geniş və boş bir yerin olduğunu görür. Braun sözügedən yerin tunel olduğunu anlayır. Araşdırmaları zamanı buradakı boruların 1900-cü illərin əvvəllərinə aid olduğunu təxmin edir. Tuneldə 1964-cü ildə çıxan qəzet də tapan Ceyk Braun az sonra hadisəni tarixçi dostu Riçard Fişerə (Richard Fisher) danışır. Fişer həmin ərazinin bir vaxt "Windridge hill" adlanan yer olduğunu, evlərin altındakı belə yerlərin sonradan şərab zirzəmisi, hətta mağara tipli vanna otağına çevrildiyini söyləyib.



Әlaqәli Xәbәrlәr